Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

Tələbələrin 37-ci ACM Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan birinciliyi

 

Noyabrın 18-də Qafqaz Universitetində tələbələrin ACM Beynəlxalq proqramlaşdırma müsabiqəsi (ACM International Collegiate Programming Contest (ICPC) keçirilib. Məlumat üçün bildirək ki, IBM şirkəti tərəfindən maliyyələşdirilən, ACM tərəfindən təşkil olunan və mənzil-qərargahı Baylor Universitetində yerləşən proqramlaşdırma üzrə bu çoxpilləli müsabiqə regional müsabiqələrdə ev sahibliyi edən qlobal universitetlər şəbəkəsini əhatə edir. Regional müsabiqələrin nəticələrinə görə müvəffəqiyyət qazanmış komandalar ACM-ICPC-in dünya finalında iştirak etmək hüququ qazanır. Müsabiqədə iştirakçılarının sayı 80-dən artıq ölkənin 2000-ə yaxın universitetindən olan kompüter elmləri sahəsidə minlərlə ən yaxşı tələbə və müəllimlərin hesabına sürətlə artmaqdadır.

Müsabiqə əsasən 3 mərhələdə aparılır. Birinci mərhələ - 1/4 final mərhələsi hər ölkə daxilində keçirilir. 2-ci yarımfinal mərhələsi müxtəlif regionlarda, final mərhələsi isə konkret bir ölkədə keçirilir.

Müsabiqə yaradıcılığa, qrup fəaliyyətinə və yeni proqramların hazırlanmasında innovasiyalara səbəb olur, həmçinin tələbələrə "təzyiq" altında öz qabiliyyətlərini nümayiş etdirmələrinə kömək edir. Başqa sözlə bu, dünyada proqramlaşdırma üzrə ən möhtəşəm, prestijli, 37 illik tarixi olan bir müsabiqədir.

Azərbaycan komandaları bu müsabiqələrdə 2005-ci ildən başlayaraq müntəzəm iştirak edirlər. İndiyədək ölkəmizi bu mötəbər yarışda Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Moskva Dövlət Universitetinin Bakı filialının komandaları təmsil etmişlər.

Tələbələrin 37-ci ACM Beynəlxalq proqramlaşdırma müsabiqəsinin növbəti 1/4 final mərhələsində (VIII Azərbaycan müsabiqəsi) 35 komanda iştirak etmişdir.

Qafqaz Universiteti 13, Moskva Dövlət Universitetinin Bakı filialı 7, Bakı Dövlət Universiteti 3, Milli Aviasiya Akademiyası 3, Azərbaycan Texniki Universiteti 2, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Odlar Yurdu Universiteti, Dövlət İdarəçilik Akademiyası hərəsi 1, məktəblilər 2 (müsabiqədən kənar) komanda ilə (hər komandada 3 nəfər) təmsil olunmuşlar.

Müsabiqənin nəticələrinə görə 12 komanda bu il dekabrın 2-də Tbilisidə keçiriləcək tələbələrin 37-ci ACM Beynəlxalq proqramlaşdırma müsabiqəsinin yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov