Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

"Holsim-Azərbaycan" tələbə və magistrlər üçün seminar keçirib

 

"Holsim-Azərbaycan" şirkətinin nümayəndələri ötən ay Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti materialları texnologiyası fakültəsinin 4-cü kurs tələbələri və magistrlərdən ibarət 20 nəfərlik qrup üçün ikigünlük seminar keçirmişlər.

Bu seminarlar inşaat sahəsində gənc mütəxəssislərin biliklərinin zənginləşməsi, eyni zamanda "Holsim-Azərbaycan" şirkəti ilə sıx əməkdaşlıq əlaqələrinin yaranması məqsədilə təşkil edilir. Texniki dəstək şöbəsi tərəfindən keçirilən seminar sement istehsalı prosesinin mühüm komponentləri haqqında məlumatların verilməsi və zavodla tanışlıqdan ibarət olmuşdur. Seminar iştirakçıları öncə klinker istehsalı ilə yaxından tanış olmuş, daha sonra sement istehsalı prosesinin bütün mərhələlərini izləmişlər. Seminarın keçirildiyi iki gün ərzində tələbələr sementin hansı standartlar əsasında istehsal olunması və tətbiqi sahələrinə dair ətraflı informasiya almış, eyni zamanda texniki təhlükəsizlik qaydaları, idarəetmə və keyfiyyətə nəzarət sistemi ilə tanış olmuşlar.

Qeyd etmək lazımdır ki, dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən "Holsim" şirkətində 80 mindən çox əməkdaş çalışır. Şirkət dünyanın aparıcı sement, doldurucu (qırmadaş, çınqıl və qum), həmçinin hazır beton və asfalt təchizatçısıdır. "Holsim" 1999-cu ildən iqtisadi artım, ekoloji tarazlıq və sosial inkişaf məsələləri üzrə ixtisaslaşan Davamlı İnkişaf üçün Dünya Biznes İttifaqının (DİDBİ) üzvüdür. Bu şirkət 2000-ci ildə sement sənayesində davamlı inkişafla bağlı maneələrin aradan qaldırılmasına yardım etmək məqsədilə "Sement Sənayesi üzrə Davamlılıq Təşəbbüsü"nü irəli sürmüşdür. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov