Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Sədərəkdə uşaq bağçası müasir binada fəaliyyət göstərəcəkdir

 

Naxçıvanın Sədərək rayonunun Sədərək kəndində aparılan quruculuq-abadlıq işləri çərçivəsində uşaq bağçası üçün yeni bina inşa edilmişdir. 

Noyabrın 30-da bina istifadəyə verilmişdir.

Bu münasibətlə təşkil olunmuş yığıncaqda çıxış edən valideyn Nazəndə Vəliyeva yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov uşaq bağçasının yeni binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: "Bu gün ölkəmizdə uşaqların sağlamlığı və intellektual inkişafı diqqət mərkəzində saxlanılır, onların hərtərəfli və sağlam böyüməsinə xüsusi diqqət göstərilir. İstifadəyə verilən yeni məktəb binaları, məktəbdənkənar tərbiyə müəssisələri və uşaq bağçaları məhz gələcəyimiz olan uşaqların ölkəmizin qurucuları kimi yetişməsinə xidmət edir. Sədərək kənd uşaq bağçasında da uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılmışdır".

Ali Məclisin sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirmiş, bu yolda kollektivə uğurlar arzulamışdır.

Bina müasir memarlıq üslubunda inşa olunmuşdur. Bağçada 4 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə 8 müəllim-tərbiyəçi məşğul olur. Uşaq bağçasında lazımi şərait yaradılmış, müxtəlif yaş qruplarından olan uşaqlar üçün ayrıca otaqlar, mətbəx, geniş və işıqlı oyun zalları istifadəyə verilmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov