Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Naxçıvan Özəl Universitetində beynəlxalq kurslara start verildi

 

Naxçıvan Özəl Universitetində "Müasir informasiya texnologiyalarının təhsil sistemində tətbiqi", "Davamlı inkişaf və ətraf mühit" mövzularında beynəlxalq kursların başlanmasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə prorektoru, dosent İbrahim Kazımbəyli açaraq universitetin rektoru, professor İsmayıl Əliyev adından Şimali Kipr Doğu Akdeniz Universitetindən gələn qonaqları salamlamış, tədbir iştirakçılarına universitet haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Naxçıvan Özəl Universiteti fəaliyyətə başladığı ilk gündən qarşısına qoyduğu məqsədlə günü-gündən yenilikləri və öz təhsil potensialının fərqliliyi ilə seçilən ali təhsil ocağıdır. İ.Kazımbəyli universitetdə son iki ildə 22 xarici ölkə universiteti ilə əlaqələrin qurulmasından da ətraflı bəhs etmişdir. 

Tədbirdə Doğu Akdeniz Universitetinin Azərbaycan üzrə rəsmi təmsilçisi Orxan Ənnağızadə "Doğu Akdeniz Universitetinin tanıtımı" mövzusunda çıxış etmişdir. Vurğulanmışdır ki, Doğu Akdeniz və Naxçıvan Özəl universitetlərinin tələbə və müəllimləri üçün təşkil edilən kurslar universitetlərin gələcək inkişaf perspektivləri baxımından böyük əhəmiyyət daşıyır.

Sonra Doğu Akdeniz Universitetinin əməkdaşları Dəniz İşçioğlu və Ərsun İşçioğlu "Davamlı inkişaf və ətraf mühit", "Müasir informasiya texnologiyalarının təhsil sistemində tətbiqi" mövzusunda keçiriləcək kurslarla bağlı iştirakçılara məlumat vermişlər.

Məlumat üçün qeyd edək ki, Doğu Akdeniz Universiteti və Naxçıvan Özəl Universiteti arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini nəzərdə tutan müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, universitetlər arasında müəllim və tələbələr üçün beynəlxalq sertifikat verən xüsusi kursların təşkili və elm-təhsil sahəsində qarşılıqlı mübadilələrin aparılması nəzərdə tutulmuşdur. Sonda Naxçıvan Özəl Universitetinin tanıtımını əks etdirən film nümayiş etdirilmişdir. 

Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl  Universitetinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov