Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Xurşidbanu Natəvanın 180 illiyinə həsr olunan ədəbi məclis

 

Lirik şair və rəssam kimi şöhrət tapan Xurşidbanu Natəvan zəngin şifahi xalq ədəbiyyatı və klassik poeziya ənənələrinin vəhdəti ilə formalaşmış, poeziyamızda özünəməxsus üslubu, dəst-xətti ilə seçilmişdir. Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də əzəli-əbədi torpağımız olan Şuşada, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin ailəsində doğulub. Mükəmməl təhsil alan Natəvan güclü hafizəyə malik olmuş, mütaliə yolu ilə dünyagörüşünü zənginləşdirmişdir. O, ziddiyyətlər, sarsıntılar və hadisələrlə dolu olan zəngin bir həyat yolu keçmiş, həm şair, rəssam, həm də xeyriyyəçi kimi tanınmışdır. "Kaspi" qəzeti yazırdı ki, "Qarabağla birlikdə bütün Zaqafqaziyanın sənət sahibləri onun himayəsinə sığınırdı".

Məşhur fransız yazıçısı A.Düma "Qafqaza səyahət" kitabında 1858-ci ildə Bakıda Natəvanla görüşündən bəhs edir, bu qadının kübar davranışından, incə zövqündən və heyrətamiz işlərindən ehtiramla danışır. Xurşidbanu Natəvan vətəninin rifahı, millətinin tərəqqisi naminə çalışmış, bəslədiyi Qarabağ cinsli köhlənlər 1867-ci ildə Parisdə, Əlcəzairdə, 1869-cu ildə isə Moskvada dünya sərgisində birincilik qazanmış, qızıl medala layiq görülmüşdür. O, Şamaxıda təsis olunan "Müqəddəs Nina" qızlar məktəbinə maddi yardım göstərmiş, öz vəsaiti ilə 1873-cü ildə Şuşaya su çəkdirmişdi.

Bütün bunlar dekabrın 5-də Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının rayonun Mədəniyyət sarayında  birgə təşkil etdikləri Xurşidbanu Natəvanın anadan olmasının 180 illiyinə həsr olunmuş ədəbi məclisdə qeyd olundu.

Filialın müəllimi Eyvaz Eminalıyevin aparıcılığı ilə keçirilən ədəbi məclisdə tələbələr müxtəlif rollarda şairənin qəzəllərini böyük məharətlə söylədilər, xanəndələr muğam parçaları ifa etdilər. Ədəbi məclis xanəndələrin ifasında "Qarabağ şikəstəsi" ilə başa çatdı.

Sonda AMİ-nin Şamaxı filialının direktoru Tünzalə Yusifova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədova, Şamaxı Rayon Mədəniyyət Sarayının rəhbərliyinə, eləcə də digər məsul şəxslərə tədbirdə yaxından iştirak etdiklərinə görə minnətdarlığını bildirdi. T.Yusifova qeyd etdi ki, Xan qızı Natəvanın arzuları müstəqillik əldə etmiş dövlətimiz tərəfindən həyata keçirilir. Biz əminliklə inanırıq ki, ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə üçrəngli bayrağımız Şuşada dalğalanacaqdır.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov