Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

ADPU-da Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş tədbir

 

 Noyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində böyük sənətkar  Hüseyn Cavidin 130 illik  yubileyinə həsr olunmuş tədbir keçirildi.  ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov çıxış edərək    tədbirin Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin "Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 16 fevral tarixli sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırdı.

B.Xəlilov H.Cavidin Azərbaycan dramaturgiyası və realist ədəbiyyatının inkişafındakı  xidmətlərindən danışdı. Bildirdi ki,  cavidsevərlər, onun yaradıcılığına yaxından bələd olanlar bilirlər ki, islami dəyərlərə sadiq olan, öz qələmi, düşüncəsi və məfkurəsi ilə türkçülüyə xidmət edən H.Cavid  son ana qədər türkçülük ideologiyası uğrunda mübarizə aparmışdır. O, türklərin tarixini, bütövlükdə bəşəriyyəti düşünür, cəmiyyətin nicat yolunu axtarırdı. Bu mənada H.Cavid yalnız Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının görkəmli nümayəndəsidir.

Sonra ADPU-nun elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev, Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Himalay Qasımov,  həmin kafedranın  müəllimi, filologiya elmləri doktoru  Ramin Əhmədov,   şair Oqtay Rza Hüseyn Cavidin yaradıcılığı və fəaliyyətindən söz açdılar.

Tədbirdə filologiya fakültəsi tələbələrinin ifasında H.Cavidin ədəbi irsindən nümunələr oxundu və əsərlərindən müəyyən hissələr söylənildi.

Tədbir diskussiya şəklində başa çatdı.

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov