Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Astara Pedaqoji Kollecində valideynlər yığıncağı

 

Dekabrın 1-də Astara Pedaqoji Kollecində valideynlər yığıncağı keçirildi. Artıq ənənə halını alan yığıncaqda 200-dən artıq valideyn iştirak edirdi. Yığıncaqda kollecin direktoru, əməkdar müəllim Əlihəsən Həmzəyev məruzə-təqdimatla çıxış etdi. Məruzə-təqdimatda ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında təhsil sisteminin inkişafındakı misilsiz rolu, ölkə Prezidenti cənab İlham Əliyevin bu gün təhsil sahəsində apardığı islahatlar, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələrin ölkə təhsilinin tərəqqisinə müsbət təsiri haqqında valideynlərə geniş məlumat verən Ə.Həmzəyev sonra kollecin 20 illik tarixinə nəzər saldı. Bu barədə hazırlanmış video və fotolar səhnədə nümayiş etdirildi və valideynlər əyani olaraq kollecin nailiyyətləri ilə tanış oldular.  Respublikamızın əksər rayonlarında, xüsusən cənub bölgəsində olan təhsil müəssisələrində kollecin məzunlarına rast gəlinir. Kollecin rəhbərliyi valideynlərlə sıx əlaqə saxlamağı və fəaliyyət zamanı onların təkliflərini nəzərə almağı iş prinsipinə çevirmişdir.

Hörmətli təhsil naziri Misir Mərdanov təhsil müəssisələrində valideynlərin məktəblə əlaqələrinin artırılmasına xüsusi diqqət verdiyini və bunun əhəmiyyətli bir iş olduğunu daim vurğulayıb.

Ə.Həmzəyev məruzə-təqdimatda valideynlərə tələbələrin təlim, tərbiyə, idman və musiqi müsabiqələrində uğurlarından, dərsə davamiyyətindən, vahid geyim formasından, mədəni davranışdan, böyüklərə hörmət və kiçiklərə qayğıdan, elmi-kütləvi, mədəni tədbirlərdə iştirakdan, verilmiş proqram materiallarının, müəllimlərin tapşırıqlarının yerinə yetirilməsindən, dərsliklər, ədəbiyyat və metodik nəşrlərdən, yeni təlim texnologiyalarından, İKT-dən istifadədən və müasir dövrün digər problemlərindən səmimi söhbət açdı. O, valideynləri də öz növbəsində açıq dialoqa çağırdı. Qeyd edildi ki, son vaxtlarda gənclər arasında bir sıra neqativ halların artması müşahidə edilir. Odur ki, valideynlər bu sahədə daha diqqətli olmalı və təhsil müəssisəsi ilə əlaqəni gücləndirməlidirlər.

Valideynlərdən Sabir Quliyev, Mürvət Abbaszadə, Maqsud Şirəliyev, Nazimə Rzayeva və başqaları çıxış edərək belə görüşlərin böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Yığıncağı yekunlaşdıran Ə.Həmzəyev valideynləri gənc nəslin tərbiyəsi və onların intellektual səviyyəsinin yüksəldilməsi məqsədilə  pedaqoji kollektivlə daha sıx əlaqə saxlamağa və bu prosesdə yaxından iştirak etməyə çağırdı. 

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov