Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Lerikdə poeziya axşamı

 

Noyabrın 30-da Lerik rayon Mədəniyyət evində rayon icra hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə tanınmış şair-publisist Ağacəfər Həsənlinin yaradıcılıq gecəsi keçirildi. Tədbirə rayon ictimaiyyəti böyük maraqla qatılmışdı. Mərasimin aparıcısı Hüsaməddin Abbasov şair haqqında qısa məlumat verəndən sonra AMEA-nın əməkdaşı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadəyə söz verdi. O, şairin yaradıcılığı və ədəbi şəxsiyyəti haqqında geniş elmi dəyərləndirmələrlə yanaşı, həm də səmimi ovqatda söhbət açaraq bildirdi ki, Ağacəfər Həsənli poeziyamızda öz dəsti-xətti ilə seçilən zəngin bədii-fəlsəfi təfəkkürə malik görkəmli ədəbi simadır.

Tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin şöbə müdiri Adil Cəmil çıxışında Ağacəfər Həsənlinin yaradıcılığının yüksək bədii keyfiyyətlərini təqdir edərək onu mənsub olduğu ədəbi nəslin ən uğurlu nümayəndələrindən biri kimi   səciyyələndirdi. Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar jurnalist Həmzə Vəliməmmədov A.Həsənlinin ilk dəfə olaraq onun rəhbərlik etdiyi çoxtirajlı qəzetdə  jurnalist kimi fəaliyyətindən danışdı. Prezident təqaüdçüsü, biologiya üzrə fəlsəfə doktoru, qocaman pedaqoq Musa Bədəlov onun vətənpərvərliyini, ziyalılığını xüsusi dəyərləndirdi.

"Yurd" jurnalının baş redaktoru, şair-publisist Bulayar Sadiq A.Həsənlinin respublika mətbuatında çalışdığı illərdən bəri rayonun ədəbi gəncliyinə göstərdiyi qayğıdan söhbət açdı. İqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı rayon rəhbərliyinin ziyalılara qayğısını A.Həsənlinin simasında diqqətəlayiq hal hesab edərək, bunu ölkədəki demokratiya və əmin-amanlıqla səciyyələndirdi.

"Xalq qəzeti"nin  məsul katibi İlqar Rüstəmov A.Həsənlinin yaradıcılığı ilə şəxsiyyətinin vəhdətdə olduğunu qeyd etdi. Rayonda yazıb-yaradan qələm adamlarından AYB-nin üzvləri - şair Xanlar Həmid və Qədiməli Əhməd də ürək sözlərini A.Həsənliyə ithaf etdikləri şeirlərlə bildirdilər.

Sonra şair-publisist Ağacəfər Həsənliyə söz verildi. O, böyük Füzuli sevgisindən, onun yaradıcılığına vurğunluğundan söz açaraq vurğuladı ki, böyük ustadın əksər qəzəllərini əzbərdən bilir və bütün söz məclisləri Füzuli kəlamları ilə açılmalıdır deyərək dahi şairin "Su" qəsidəsini söylədi.

Daha sonra şair-publisist A.Həsənli ona ünvanlanmış sualları cavablandırdı, həm də öz şeirlərini şövqlə oxuyaraq həmyerlilərinə ərməğan etdi. Tədbirdə şairin orta məktəb müəllimləri Hacı Ağabəy Vəliyev, Kərbəlayi Nəsir Rzayev və Hacı Elxan Ağayev də çıxış edərək onunla fəxr etdiklərini söylədilər. Texniki Peşə Liseyinin direktoru Hüseynbala Əliyev də şairin yaradıcılıq uğurlarından danışdı.

Tədbirdə rayon mədəniyyət evinin  musiqi kollektivi şairin sözlərinə bəstələnmiş mahnılar ifa etdilər. Daha sonra respublikanın xalq artisti, məşhur gülüş ustası Arif Quliyev tamaşaçıları xoş ovqatla təsirləndirdi.

Mərasimin sonunda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şair-publisist Ağacəfər Həsənliyə və qonaqlara öz dərin təşəkkürünü bildirərək belə söz bayramlarının ictimaiyyətin dərin marağına səbəb olmasından, həmçinin rayonun mədəni həyatına yeni nəfəs gətirməsindən bəhs etdi.

Nəriman AĞAZADƏ,
Lerik şəhər 1 nömrəli  orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov