Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Yetirmələri ilə fəxr edən idman məktəbi

 

Bu günlərdə Bakıdakı 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində olduq. İdman məktəbi ilə tanışlıqdan sonra direktor Rüfət Eyyubov məktəbin fəaliyyəti barədə qısaca məlumat verdi. Bildirildi ki, 13 nömrəli İOEUGİM-i 1967-ci ildən fəaliyyət göstərir. Hazırda burada 4 idman bölməsində - cüdo, akrobatika gimnastikası, futbol və boks üzrə 59 qrupda 629 nəfər idmançı məşğul olur. İdman məktəbi fəaliyyət göstərdiyi dövr ərzində bir çox uğurlara imza atıb. 

 Son beş ildə məktəbin yetirmələri müxtəlif idman növləri üzrə respublika miqyaslı yarışlarda 183 qızıl, 84 gümüş, 90 bürünc medala layiq görülüb.

Rəsmi beynəlxalq turnirlərdə, Avropa və dünya miqyaslı yarışlarda idmançılarımız 41 qızıl, 58 gümüş və 63 bürünc medal qazanıb.

Son beş ildə idman məktəbində 23 nəfər idmançı Azərbaycan Respublikasının idman ustası və 201 nəfər isə idman ustalığına namizədlik normasını yerinə yetirib. İdman məktəbi fəaliyyət göstərdiyi dövr ərzində tədrisdə və müxtəlif yarışlarda göstərdiyi nəticələrə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı idman məktəbi", "İlin ən yaxşı məşqçisi" və "İlin ən yaxşı idmançısı" nominasiyaları üzrə müsabiqələrin qalibi və mükafatçısı olub.

Hazırda idman məktəbində  Azərbaycan Respublikasının  12 nəfər əməkdar məşqçisi çalışır. Onların yetirmələrinin beynəlxalq yarışlarda qazandığı uğurlarla idman məktəbi fəxr edir.

Sonra Rüfət müəllim bizi idman məktəbinin cüdo üzrə məşqçi-müəllimi, Azərbaycanın əməkdar məşqçisi Tərlan Həsənovla tanış etdi. Söhbət zamanı Tərlan müəllim dedi ki, hazırda 40-a yaxın şagirdi var. Onların arasında cüdo üzrə dünya üçüncüsü olan İlqar Müşkiyev, Avropa yarışlarının gümüş medalçısı İsgəndər Talışinski, 3 dəfə Avropa kubokunun qalibi, qızıl medallar sahibi, Asiya çempionu Hidayət Heydərov kimi tanınmış cüdoçular var.  Həmin gün məktəbin fəxri sayılan Hidayət Heydərovla tanış olduq. O, hazırda X sinifdə oxuyur. 2003-cü ildən bu idman məktəbinə üzv yazılıb. Rayon, respublika yarışlarında uğurlu çıxışlar edərək qələbələr qazanıb və 2007-ci ildən isə beynəlxalq turnirlərdə iştirak etməyə başlayıb. Hidayət əvvəlcə Xarkov şəhərində keçirilən cüdo üzrə beynəlxalq yarışda II yerə və elə həmin ildə Türkiyənin Ərzurum şəhərində keçirilən beynəlxalq turnirdə I yeri tutaraq qızıl medalın sahibi olub.

2011-ci ildə Ankarada keçirilən yeniyetmələrin dünya oyunlarında I yerə çıxaraq qızıl medal qazanıb.

H.Heydərov 2012-ci ilin martında Antalyada, apreldə Çexiyada, mayın əvvəllərində isə Almaniyada Avropa kuboku uğrunda keçirilən yarışlarda I yerə çıxaraq qızıl medallara sahib olub. Həmin ilin iyulunda Rusiyanın Yakutiya şəhərində keçirilən 5-ci Asiya oyunlarında I yeri tutaraq qızıl medal qazanıb. O, hazırda 2013-cü ildə keçiriləcək Avropa çempionatı yarışlarında iştirak etməyə hazırlaşır.

H.Heydərovun ən əsas arzusu 2014-cü ildə yeniyetmələr arasında keçiriləcək 2-ci Olimpiya oyunlarında iştirak etməkdir.

Daha sonra idman məktəbinin yetirməsi, cüdo üzrə respublika çempionu, yeniyetmələrin dünya oyunlarının bürünc medalçısı və Asiya  çempionu olan Şirxan Məmmədovla, boks üzrə respublika çempionu və Avropa üçüncüsü olan Orxan Əliyevlə də görüşüb söhbət etdik. Onların qazandığı qələbələrlə tanış olduqdan sonra belə qənaətə gəldik ki, həqiqətən 13 nömrəli İOEUGİM-in öz yetirmələri ilə fəxr etməyə haqqı var. Bu çətin və şərəfli yolda onlara daha böyük uğurlar arzuladıq. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov