Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

Alimin 75 illik yubileyi qeyd edildi

 

Dekabrın 6-da Bakı Dövlət Universitetində dünya ədəbiyyatı  kafedrasının professoru, filologiya elmləri doktoru Əmirxan Xəlilovun 75 illik yubiley mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan  filologiya fakültəsinin dekanı Məhərrəm Vəliyev professor Əmirxan Xəlilovun həyat və yaradıcılığı haqqında iştirakçılara qısa məlumat verdi. Bildirildi ki, Əmirxan Xəlilov 1937-ci ildə anadan olub.  1961-ci ildə Bakı Dövlət Universitetini bitirib. Tədqiqat sahəsi filologiya, tənqid və ədəbiyyatşünaslıq olan professor Əmirxan Xəlilov "Cəfər Cabbarlının ədəbi-tənqidi görüşləri" mövzusunda namizədlik və "Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri (1920-1980)" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Alimin 170-dən artıq məqalənin, 5 monoqrafiyanın,  8 kitabın müəllifi olduğu nəzərə çatdırıldı. Ə.Xəlilovun yeni çapdan çıxan və 6 cilddən ibarət olan "Dünya ədəbiyyatı" kitabının əhəmiyyətindən söz açıldı.

Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov Əmirxan Xəlilovun  səmərəli elmi və pedaqoji fəaliyyətindən söz açaraq alimin universitetdəki xidmətlərini yüksək qiymətləndirdi. Yubileylərin bir hesabat xarakteri daşıdığını bildirən rektor Əmirxan Xəlilovun nüfuzlu bir pedaqoq, ziyalı olduğunu nəzərə çatdırdı. Professorun daim axtarışda olduğunu və yeni mövzular üzərində çalışdığını diqqətə çatdıran akademik A.Məhərrəmov yubilyarı təbrik etdi, ona yaradıcılıq işlərində uğurlar arzuladı və BDU-nun fəxri fərmanını   təqdim etdi.

Tədbirdə professor Cəlil Nağıyev çıxış edərək yubilyarı təbrik etdi. Əmirxan Xəlilovun əsl ziyalı kimi xarakterik xüsusiyyətlərindən söz açan natiq filologiya fakültəsinin xalqımıza bir çox şairlər, yazıçılar və elm adamları bəxş etdiyini və bu şəxslərin  Azərbaycan elmi, təhsili və mədəniyyətinin formalaşmasında xüsusi xidmətlər göstərdiyini və yubilyar alimin də belə ziyalılardan olduğunu qeyd etdi. Əmirxan Xəlilovla universitetdə eyni vaxtda fəaliyyət göstərdiklərini və alimin yaradıcılıq diapazonunun və dünyagörüşünün əhatəli, geniş olduğunu bildirən C.Nağıyev onun uzun müddət çalışdığı sahə olan türk xalqları ədəbiyyatından dünya ədəbiyyatına keçidin çətin bir iş olduğunu, lakin professorun bunun öhdəsindən məharətlə gəldiyini nəzərə çatdırdı. Bildirildi ki, qısa bir müddətdə "Dünya ədəbiyyatı" adlı çoxcildli kitabı ərsəyə gətirən alim  böyük bir kollektivin üzərinə düşən işi uğurla həyata keçirərək gələcək nəsillərə ərmağan etmişdir. 

Sonra  professorlar Qara Namazov, Tofiq Hüseynov, İfrat Əliyeva, Nüşabə Sadıxova yubilyarı təbrik edərək haqqında xoş fikirlər səsləndirdilər.

Tədbirin sonunda professor Ə.Xəlilov göstərilən diqqətə görə hər kəsə təşəkkürünü bildirdi.

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov