Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

Ulu öndərə ehtiramla

 

Dekabrın 12-də Bakıdakı 267 nömrəli  məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. İştirakçılar əvvəlcə məktəbin foyesində şagirdlərin ulu öndərə həsr etdikləri rəsm  və əl işlərindən ibarət sərgi ilə tanış oldular. Akt zalında təşkil olunmuş tədbir ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başladı. Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Adilə Orucova açaraq  Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi misilsiz xidmətlərdən danışdı. Ulu öndərin daxili və xarici siyasətindən söz açan A.Orucova  bildirdi ki, bu gün Azərbaycanın qazandığı bütün uğurların əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi rəhbərin bütün fəaliyyəti yalnız öz xalqına xidmətə yönəlmişdi. Onun ideyaları,  siyasət, iqtisadiyyat, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlar, möhtəşəm layihələr xalqımızın rifahına, işıqlı gələcəyinə xidmət etmişdir. Hər bir azərbaycanlı onun zəngin irsini öyrənməli, gələcək nəsillərə çatdırmalıdır.

Sonra  müəllimlərdən Nailə Cəlilova, Valya Bağırova və  Şəfaqət  Ələkbərova ümummilli liderimizin ömür yoluna nəzər salaraq  bildirdilər ki, xoşbəxt o xalqdır ki, onun  Heydər Əliyev kimi ümummilli lideri var.  Heydər Əliyevin elmin, təhsilin inkişafına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığı, ulu öndərin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırıldı. Qeyd olundu ki, ulu öndər Heydər Əliyev tərəfindən milli ideologiyamızın mükəmməl konsepsiyası işlənib hazırlanmışdır. Onun  daxili və xarici siyasəti nəticəsində dövlətçilik konsepsiyası uğurla həyata keçirilmişdir. Azərbaycanda sabitliyin qorunub saxlanılması, ölkənin bütün sahələrində tətbiq olunan uğurlu islahatlar onun dövlətçilik konsepsiyasının ideyaları sayəsində gerçəkləşmişdir.

Çıxış edən qonaqlar da ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışdılar.  Şagirdlərdən Azad Abdullayev, Nigar Həsənova, Ramilə Kərimli,   Ağahüseyn Cavadov və başqaları Zəlimxan Yaqubun, digər şairlərin ulu öndərimizə həsr etdikləri şeirlərdən nümunələr söylədilər.

Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirildi.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov