Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

Əlavə təhsil: mövcud problemlər və yeni yanaşmalar

 

Köklü islahatların həyata keçirildiyi təhsil sektorunda baş verən yeniliklər daim dövlətin diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin imzaladığı çoxlu sayda fərman və sərəncamları, dövlət proqramları təhsilin müasir və beynəlxalq standartlara uyğunlaşdırılmasını, milli və mənəvi dəyərlərə söykənməklə dünya təhsilinə inteqrasiya olunmasını prioritet sahə kimi irəli sürür. Təhsilin keyfiyyətinin yüksəldilməsində ən başlıca amil təhsil sahəsində çalışan rəhbər və pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır. Bu vacib məsələyə diqqət yetirilərək əlavə təhsillə bağlı bir çox ciddi məsələlərin araşdırılmasını və qarşıya çıxan problemlərin aradan  qaldırılmasını tələb edən sənədlər hazırlanmışdır.

Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, əlavə təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə görülən işlərin təhsilin bütün pillələrini əhatə etməsi məqsədi ilə hazırlanan sənədlər sırasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 sentyabr tarixli 163 nömrəli qərarı, Azərbaycan Respublikası təhsil nazirinin 18 aprel 2012-ci il tarixli 597 nömrəli "İxtisasartırma təhsili proqramlarının qiymətləndirilməsinə dair təlimatın təsdiq edilməsi barədə" əmri xüsusi əhəmiyyət kəsb edir. Təhsil sahəsində çalışan rəhbər və pedaqoji kadrların ixtisasının artırılmasına milli məsələ kimi baxılmasını tələb edən bu sənəd hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və  təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi  və mədəni həyatında fəal və səmərəli   iştirakının təmin edilməsi vəzifəsini daşıyır.

Əlavə təhsilin dərəcələrin yüksəldilməsi, yenidənhazırlanma, stajkeçmə və kadrların təkmilləşdirilməsi istiqaməti üzrə də yeni mexanizmlərin tətbiq edilməsi üçün müvafiq təşkilati işlər həyata keçirilməkdədir.

Əlavə təhsil sahəsində xüsusi fəaliyyəti olan Azərbaycan Müəllimlər İnstitutunda əlavə təhsilin müasirləşdirilməsi və yeni metodların tətbiqi istiqamətində xeyli uğur qazanılmışdır. Yeni pedaqoji tələblər və gözlənilən nəticələr əsas meyar kimi qiymətləndirilir.

Qeyd olunan məsələlərin həlli istiqamətində təhsil müəssisələri ilə əlaqələrin yeni tələblər səviyyəsində qurulması, pedaqoji kadrların ixtisasartırma və təkmilləşdirilməsi təhsili daha çevik formada və yeni metodlarla həyata keçirilməsi əlavə təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr qoyur. Bununla əlaqədar olaraq AMİ-nin təşəbbüsü və Təhsil Nazirliyinin razılığı ilə institutun Sumqayıt, Gəncə, Mingəçevir, Şəki və Salyan filiallarında zonalar üzrə işgüzar seminar-müşavirələrin təşkil edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Azərbaycan Müəllimlər İnstitutunun əmrinə əsasən 3-4 dekabr 2012-ci il tarixində AMİ-nin Şəki filialında seminar-müşavirə keçirilmişdir.

Azərbaycan Müəllimlər İnstitutunun rektorunun müvafiq əmrinə əsasən Təhsildə İnnovasiya kabinetinin müdiri Dilguşə Süleymanova və kabinetin metodisti Eldəniz İsmayılov 3-4 dekabr 2012-ci il tarixlərində Şəki və Zaqatala filiallarının dislokasiyasına daxil olan RTŞ-ləri və filialların metodik kabinetinin müdirləri və metodistləri üçün "Dayaq məntəqələrinin təşkili, onun fəaliyyətinin forma və məzmununa qoyulan tələblər", "İxtisasartırma təhsilindən əvvəl müəllimin özünüqiymətləndirmə kriteriyaları və onların ixtisasının artırılmasına fərdi tələbatların müəyyənləşdirilməsi", "İxtisasartırma təhsilində çevik proqramların tətbiqi" mövzularında seminar-müşavirə iştirakçıları qarşısında çıxış etmişlər və bu mövzular ətrafında müzakirələr aparılmışdır.

AMİ-nin Şəki filialında keçirilmiş seminar-müşavirəni filialın direktoru R.Rəsulov açaraq ixtisasartırma təhsilinin təşkilində RTŞ-nin və filialların qarşısında duran vəzifələri, problemləri və bunun həlli yolları, kredit-modul sisteminə keçidin zəruriliyindən danışmışdır.

Sonra seminar-müşavirə iştirakçılarının tələbatını öyrənmək məqsədilə anket sorğu keçirilərək gündəlik təsdiq edilmişdir. Gündəliyə daxil olan birinci məsələ ilə əlaqədar hazırlanmış slaydlar vasitəsilə dinləyicilərə ətraflı məlumat verilmiş, onlar praktik işə cəlb edilmiş, tapşırıqları yerinə yetirməklə qarşıya qoyulan məsələ - ixtisasartırma təhsilinin səmərəliliyini artırmaq və müdavimlərin  maraqlarının öyrənilməsi və ödənilməsi üçün görüləcək işlər geniş və ətraflı şərh edilmişdir.  Müzakirələrdə dinləyicilər fəal iştirak edərək qoyulmuş məsələyə öz fikirlərini, irad və təkliflərini bildirmişlər. İştirakçıların yekdil rəyi ondan ibarət olmuşdur ki, dayaq məntəqələrinin işinin gücləndirilməsində  R(Ş)TŞ-ləri, ixtisasartırma təhsil müəssisələri və metodkabinetlər  təhsilin sistemləşdirilmiş bilik, bacarıq, vərdiş, dəyər  və  keyfiyyətlərin mənimsədilməsi prosesi və nəticəsi olduğunu əldə rəhbər tutaraq problemlərin aradan qaldırılmasına nail olmalı, müəllim əməyini stimullaşdırmaqla müsbət nəticəyə nail olmalıdırlar.

Dinləyicilərin tələbat və ehtiyaclarının öyrənilməsi nəticəsində  gündəliyə daxil edilmiş "Təhsildə alman texnologiyası" mövzusunda E.İsmayılov hazırladığı slaydlar vasitəsi ilə "İlkin şərt və şəraitin qabaqcadan qiymətləndirilməsi", "Ünvanların təhlili üçün indikator", "Vaxt keçdikcə diqqət və yorğunluq mərhələləri", "Vaxt seçiminə uyğun yaddaşda biliklərin saxlanılması", "Göndərən-qəbul edən kommunikasiya modeli", "Spiralvari konvergensiyanın modeli" və "Kommunikasiyanın aksiomaları"  yarım mövzularını ətraflı izah etdi.

Sözügedən məsələlər ətrafında geniş müzakirələr aparıldı və iştirakçıların rəy və təklifləri qeyd olunaraq nəzərə alındı.

Sonda seminar-müşavirənin qiymətləndirilməsi üçün hazırlanmış indikator blanklar dinləyicilərə paylandı və aparılmış təhlil göstərdi ki, belə tədbirlərə yerlərdə  ehtiyac var və iştirakçılar gələcəkdə bunun davamlı olması təkliflərini irəli sürdülər.

Seminar-müşavirəni filialın direktoru dosent R.Rəsulov yekunlaşdıraraq qeyd olunmuş  rəy və təkliflərin nəzərə alınmasını və  vacibliyini bildirdi.

Zonalarda seminar-müşavirələr davam edir. Növbəti müşavirələrin Mingəçevir, Gəncə, Salyan və Sumqayıt filiallarında keçiriləcəyi nəzərdə tutulur. 

Dilguşə SÜLEYMANOVA,
AMİ-nin Təhsildə İnnovasiya Kabinetinin müdiri,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov