Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

Xan qızının yubiley tədbirində şagirdlər mükafatlandırıldılar

 

F.Köçərli adına  Respublika Uşaq  kitabxanasında Azərbaycanın görkəmli şairi Xurşudbanu Natəvanın anadan olmasının 180 illiyinə həsr edilmiş tədbir keçirilib. Bakıdakı 189 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən tədbiri kitabxananın direktoru Fizurə Quliyeva açaraq Xan qızınının həyat və yaradıcılığından ətraflı bəhs edib. Onun şairliklə yanaşı, rəssam, tikmə ustası kimi böyük istedad sahibi olduğunu, Qarabağ torpağının yetişdirdiyi  sənətkarlar arasında  özünəməxsus yer tutduğunu vurğulayıb.

Sonra yazıçı Mustafa Çəmənli X.Natəvanın 180 illik yubileyi ilə əlaqədar  danışaraq görkəmli ədibə həsr etdiyi "Neçin gəlməz" adlı kitabını iştirakçılara təqdim edib. Yazıçı kitabda  Xan qızının həyat və yaradıcılığı ilə bağlı oxucu kütləsinə məlum olmayan bir çox maraqlı faktların olduğunu söyləyib. Müəllif  Natəvanın irsinin gənc nəsillərə təbliğini yüksək dəyərləndirib.

Tədbirin sonunda şagirdlərin ifasında Xan qızının yaradıcılığından təqdim olunan nümunələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Xurşudbanu Natəvanın yubileyinə həsr edilən rəsm müsabiqəsində fərqlənən şagirdlər kitablar və  digər hədiyyələrlə mükafatlandırılıb. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov