Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

"Əhməd Cavad - 120" adlı ədəbi-bədii gecə

 

Bu günlərdə İmişli rayon sakini Ellada Bəhlulqızından aldığımız məktubda bildirilir ki, şəhər A.Eminov adına 7 nömrəli tam orta məktəbdə "Əhməd Cavad-120" adlı ədəbi-bədii gecə keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ə.İbrahimov müəllimləri, şagirdləri və valideynləri salamlayaraq bildirib ki, 2012-ci ildə unudulmaz Azərbaycan şairi, maarifçi, ictimai xadim, Azərbaycan Dövlət himninin sözlərinin müəllifi olan Əhməd Cavadın anadan olmasının 120 ili tamam olur. Ölməz şairin həyatı və yaradıcılığı ilə bağlı ölkəmizdə, eləcə də bütün türk dünyasında bir-birindən maraqlı tədbirlər həyata keçirilir. Məktəbimizdə  təşkil olunmuş bu tədbir də böyük şairə, onun yaradıcılığına olan hörmət və ehtiramın nümunəsidir.

Sonra məktəbin ədəbiyyat müəllimi  L.İbişova şairin əzablı həyat yolundan, dəhşətli 1937-ci ilin qurbanı olması, əsərlərinin nəşrinə və oxunmasına uzun illər qadağa qoyulması barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək Ə.Cavadın XX əsr Azərbaycan ədəbiyyatının, poeziyasının təkrarolunmaz simalarından biri və onun türk dünyasının, Turan elinin böyük şairi olduğunu diqqətə çatdırıb.

Gecənin sonunda məktəbin şagirdləri ölməz şairin "Nə gördümsə", "Bismillah", "Qalx" və s. şeirlərindən nümunələr söyləyiblər.

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov