Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

Məktəblərarası əməkdaşlıq öz bəhrəsini verir

 

Şuşa rayon 1 nömrəli Malıbəyli kənd tam orta məktəbi və Bakı Slavyan Universiteti Məktəb-lisey kompleksi arasında ötən tədris ilinin sonunda imzalanmış əməkdaşlıq müqaviləsi hər iki pedaqoji kollektivin işinə rəngarənglik gətirir. Təhsil naziri, professor Misir Mərdanovun, BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin və Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun iştirakı ilə imzalanmış bu müqavilə həm də istedadlı şagirdlərin üzə çıxarılması və qaçqın məktəbləri  şagirdlərinə qayğının artırılması istiqamətində universitetin potensialından səmərəli istifadə etmək məqsədi güdür.

İki məktəbin növbəti birgə tədbiri noyabrın 5-də BSU Məktəb-lisey kompleksində baş tutdu. X-XI sinif şagirdləri üçün tədris ili ərzində ilk test sınaq yoxlama imtahanı keçirildi. Məqsəd yuxarı sinif şagirdlərinin mərkəzləşdirilmiş test və ali məktəblərə qəbul imtahanlarına seçmə fənlər üzrə hazırlıq səviyyəsini üzə çıxarmaqdan ibarət idi. Məktəb-lisey kompleksinin 150 və Şuşa rayon Malıbəyli kənd orta məktəbinin 33 nəfər yuxarı sinif şagirdinin iştirakı ilə keçirilən test sınaq imtahanında şagirdlərə onların seçdikləri ixtisas qrupları və siniflərinin təmayülü üzrə tapşırıqlar təklif olunmuşdu. İmtahanın nəticələrinin kompleksin saytında yerləşdirilməsi, ekspertlər, fənn müəllimləri və valideynlərin iştirakı ilə müzakirəsi nəzərdə tutulur. 

Elə həmin gün BSU Məktəb-lisey kompleksinin beşinci siniflərində hər iki məktəbin müəllimlərinin iştirakı ilə kurikulum proqramları əsasında nümunəvi dərs dinləmələri baş tutdu. Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən "açıq dərs"lər ciddi müzakirə edildi, məktəb rəhbərləri, təlimçi müəllimlər və universitet kafedralarının əməkdaşları dərslərlə bağlı geniş fikir mübadiləsi apardılar. Növbəti müştərək tədbirlər planlaşdırıldı. 

Yeganə MƏMMƏDOVA
BSU Məktəb-lisey kompleksinin tədris işləri üzrə direktor müavini

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov