Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Yenidənqurmadan sonra açılan Horadiz Şahmat Məktəbində uşaqlar
idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnəcəklər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Horadiz Şahmat Məktəbinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

 Dövlətimizin başçısına məlumat verildi ki, ümumi sahəsi 500 kvadratmetr olan şahmat məktəbinin həyətində müasir işıqlandırma sistemi qurulmuş, yaşıllıq zolağı salınmışdır. Lazımi avadanlıq və havalandırma sistemi ilə təchiz olunmuş məktəb binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılmışdır. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır.

 Bildirildi ki, məktəbdə uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait vardır. Burada iki sinif və müəllimlər otaqları, bir elektron sinif və xidməti otaqlar fəaliyyət göstərir. Məktəbdə şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompüter guşəsi də yaradılmışdır. Bu da dərslərin kompüter vasitəsilə keçirilməsinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır.

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov