Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Naxçıvan Müəllimlər İnstitutunda yubiley tədbiri

 

Naxçıvan Müəllimlər İnstitutunun elmi-metodiki işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yaqub Məmmədovun anadan olmasının 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbiri  ali təhsil ocağının rektoru, professor Oruc Həsənli açaraq yubilyarın həyat yolu, elmi-pedaqoji fəaliyyəti barədə danışmışdır. Qeyd olunmuşdur ki, Yaqub Məmmədov 77 elmi-metodik məqalənin, dərs və metodik vəsaitlərin müəllifidir. O, İngiltərə, Türkiyə, Ukrayna, Rusiya və Qazaxıstanda beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişdir. Rektor onu da diqqətə çatdırmışdır ki, Naxçıvan Mərkəzi Gənc Təbiətçilər Stansiyasında dərnək rəhbəri kimi əmək fəaliyyətinə başlayan Y.Məmmədov Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunda mühəndis-proqramçı vəzifəsində işləmiş, 1979-cu ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda EHM rəisi vəzifəsinə təyin olunmuş, sonralar NDU-də müəllim, baş müəllim, dosent, bundan başqa Naxçıvan Özəl Universitetində kafedra müdiri, dekan vəzifələrində  çalışmışdır.

Yubiley tədbirində institutun tədris işləri üzrə prorektoru, filologiya üzrə elmlər doktoru Akif İmanlı, pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov,  təbiət və incəsənət fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru İsa Əliyev, filologiya üzrə fəlsəfə doktoru Həsənalı Eyvazlı, riyaziyyat və informatika kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Miryasin Seyidov və başqaları yubilyarı təbrik etmişlər.

Sonda yubilyar çıxış edərək  iştirakçılara təşəkkürünü bildirmişdir. 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov