Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

"Dolu" filminə baxış

 

Bakıdakı 265 nömrəli məktəbdə Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilmiş "Dolu" filminə baxış keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, yazıçı Aqil Abbas, filmin yaradıcı heyəti, yazıçı, YAP Xətai rayon təşkilatının sədri  Hüseynbala Mirələmov,  Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Məmmədov, Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin nümayəndəsi Fəttah Quliyev və digər qonaqlar iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə Qurbanova  Qarabağ torpaqları uğrunda gedən döyüşlərə həsr edilmiş belə filmlərin şagirdlərimizin milli ruhda böyüməsində, onlarda vətənpərvərlik hissinin daha da güclənib inkişaf etməsində böyük rol oynadığını qeyd etmişdir. Bildirilmişdir ki, Qarabağ müharibəsi bizim hələ də qanayan yaramız olaraq qalır və bu problemin həllində  hər birimizin üzərinə böyük məsuliyyət düşür. Biz arzu edirik ki, hər bir azərbaycanlının ağrılı yeri olan  Qarabağ problemi sülhsevər Prezidentimizin rəhbərliyi altında  tezliklə öz həllini  tapsın və qələbəmizlə yekunlaşan Qarabağ müharibəsi haqqında məlumatları tarixdən, dərsliklərdən şagirdlərimizə qürur hissi ilə çatdıraq.

Yazıçı Aqil Abbas pedaqoji kollektivi, valideynləri, qonaqları salamlayaraq məktəbin hər bir şagirdin  vətənpərvər şəxsiyyət kimi formalaşmasında böyük rol oynadığını vurğuladı. Aqil müəllim tədbirə qatıldıqları üçün qonaqlara, xüsusilə öz həmkarı, Milli Məclisin deputatı Hüseynbala Mirələmova təşəkkürünü bildirdi.

Tədbir iştirakçıları filmi böyük maraqla, həyəcanla  izlədilər. Hətta bəzi epizodlarda şagirdlər və müəllimlər göz yaşlarını saxlaya bilmədilər.

Filmin  nümayişindən sonra yazıçı Hüseynbala Mirələmov  bu gözəl əsərə  görə Aqil Abbasa dərin təşəkkürünü bildirdi, yeni yaradıcılıq uğurları arzuladı. Eyni zamanda filmin yaradıcı heyətinə bu filmlə zamanın nəbzini tutduqlarını söylədi. Hüseynbala Mirələmov bu filmdə baş rolda çəkilən Məmmədsəfanın  yaratdığı komandir obrazının öhdəsindən müvəffəqiyyətlə gəldiyini, bu obrazın insanda mübarizlik və döyüşkənlik ruhunu daha da gücləndirdiyini, gələcək nəsli torpaqlarımızı tezliklə azad etməyə səslədiyini bildirdi. Vurğuladı ki,  "Dolu"   müharibə mövzusunda çəkilən ən yaxşı filmlərdən biri kimi tarixdə qalacaq.   

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov