Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Fizikanın tədrisində İKT-dən istifadənin əhəmiyyəti

 

Fizika təbiət haqqında elmdir. Digər təbiət elmlərindən fərqli olaraq fizika təbiətin bir sahəsini deyil,  bütün sahələrini öyrənir. Buna görə də fizikanı təcrübəsiz, müşahidəsiz öyrənmək çətindir. Dərs zamanı bütün təcrübələri laboratoriyada və ya kabinetdə aparmaq imkanı olmadıqda müəyyən təcrübələri İnternet vasitəsi ilə nümayiş etdirmək olar. Bunun üçün axtarış aparıb müvafiq saytlardan belə təcrübələri tapmaq olar. Ümumiyyətlə, bu gün fizikanın tədrisində İKT-dən istifadənin böyük rolu vardır. Müasir dövrdə kompüterlə çox şeyi öyrənmək olar. Ev tapşırığı olaraq şagirdlərə qruplar şəklində müəyyən məsələləri araşdırıb məlumat toplamağı  tövsiyə etmək olar. Bu tapşırıqları şagirdlər İnternet vasitəsilə yerinə yetirə və qrup şəklində həmin mövzuya uyğun slaydlar hazırlaya bilər. Növbəti dərsdə şagird həmin slaydları təqdim edərək əldə etdiyi materialı müzakirəyə verə bilər. Bu cür axtarışlar şagirdləri fəallaşdırır, onların fənnə marağını artırır, yaradıcı təfəkkürünü inkişaf etdirir. Buna görə də  mən dərslərimdə İKT-dən geniş istifadə edirəm. VIII sinifdə "Enerjinin növləri", "Rəqslər və dalğalar" bölmələrində, IX sinifdə "Elektrik və maqnit sahələrinin qarşılıqlı müqayisəsi", "Atomun quruluşu" və s. mövzuların tədrisində İKT-nin tətbiqi xüsusilə zəruridir. Mən bu mövzuları MİMİO proqramında yığdığım slaydlar əsasında keçirəm. Daha sonra müəyyən təcrübələri əyani şəkildə aparmaq mümkün olmadıqda multimedia dərsliyində video şəklində olan təcrübələrdən istifadə edirəm.

Mənim fikrimcə, müəllimin şablon şəkildə şagirdlərə verdiyi məlumatdansa, şagirdlərin özlərinin axtarışlar yolu ilə hər hansı bir məlumatı əldə etmələri daha yaxşıdır. Bu zaman əldə olunmuş biliklər onların yadından çıxmır. Təkcə slaydlardan deyil, həmçinin Təhsil Nazirliyi tərəfindən məktəblərə verilən multimedia dərsliklərindən də geniş istifadə etmək mümkündür. Bu dərsliklərdə mövzulara üyğun təcrübələrin video şəklində izahı, mövzulara aid testlərin olması çox əhəmiyyətlidir və müəllimin işini xeyli yüngülləşdirir.   Digər tərəfdən, müəllimin şablon şəkildə icmal yazması onun öz üzərində işləməsinə mane olur. Müəllim kompüterdən istifadə edərək keçəcəyi mövzunu əvvəlcədən slaydlar şəklində hazırlasa, daha yaxşı olar. Bu zaman müəllim öz üzərində daha çox işləyər və  hər gün daha yeni məlumatlar əldə edər. Müasir məktəb müəllimdən bunu tələb edir. Həmçinin fizika dərsində müxtəlif proqramlarda hazırlanan mövzular şagirdlər tərəfindən daha  yaxşı qavranılır. Ümumiyyətlə, son illər təcrübəmdən bu qənaətə gəlmişəm ki, tədrisdə İKT-dən istifadə müəllim və şagirdləri əzbərləyici xarakter daşıyan, onları  passivləşdirən dərslərdən uzaqlaşdırır.  Müasir dövrdə İKT-dən istifadə imkanları  sürətlə artır. Ona görə də müəllim daim çalışmalı və bu imkanlardan istifadə etməyə səy göstərməlidir.

Könül SADIQOVA,
Bakıdakı R.Abidov adına 85 nömrəli
tam orta məktəbin fizika müəllimi  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov