Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

2012-ci ildə ölkə təhsilinə dövlət qayğısı

 

Fevralın 8-də Prezident İlham Əliyev Nərimanov və Suraxanı rayonlarındakı körpələr evi-uşaq bağçalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Prezident İlham Əliyev fevralın 16-da Qusara səfəri çərçivəsində Şahmat Mərkəzinin açılışında iştirak edib.

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev martın 1-də Bakının Nizami və Xətai rayonlarında körpələr evi və uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib.

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev mayın 30-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Culfa şəhərində Uşaq Musiqi Məktəbinin açılışında iştirak edib.

İyunun 20-də Prezident İlham Əliyev 2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqələri qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

İyunun 25-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev avqustun 2-də Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimində iştirak edib və sonra Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Sentyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Səbail rayonundakı 49 nömrəli "İntellekt" məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Zaqatalada 750 şagird yerlik Nizami Hüseynov adına şəhər 2 nömrəli tam orta məktəbin, rayonun 500 şagird yerlik Gözbarax kənd tam orta məktəbinin, həmin kənddəki uşaq bağçasının açılış mərasimlərində və rayonun Bəhmətli kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa ediləcək şəhid Ələddin Cavadov adına tam orta məktəb üçün yeni binanın təməlqoyma mərasimində iştirak edib.

Prezident İlham Əliyev sentyabrın 9-da  Şəkiyə səfəri çərçivəsində Ağdam 29 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olub.

Prezident İlham Əliyev sentyabrın 14-də Bakının Nizami rayonundakı 242 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə, rayonda əsaslı surətdə yenidən qurulmuş  70 nömrəli məktəb-liseylə tanış olub. Elə həmin gün ölkə başçısı Nizami rayonunun Keşlə qəsəbəsindəki 328 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində və rayondakı 100 yerlik uşaq bağçasının təməlqoyma mərasimində iştirak edib.

Sentyabrın 14-də Prezident İlham Əliyev paytaxtın Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

Sentyabrın 15-də "Bilik günü"ndə Prezident İlham Əliyev Bakının Yasamal rayonunda yenidənqurmadan sonra 18 nömrəli məktəbin açılışında iştirak edib.

Sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev 2012-2013-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə  Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sentyabrın 21-də Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksinin açılışında iştirak edib.

Sentyabrın 26-da Prezident İlham Əliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimində iştirak edib.

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

Oktyabrın 1-də Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi və bir qrup təhsil işçisinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında sərəncamlar imzalayıb.

Oktyabrın 27-də Prezident İlham Əliyev Saatlıda Şahmat Məktəbinin açılışında iştirak edib.

Oktyabrın 28-də  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev İmişli şəhərində Şahmat Məktəbinin açılış mərasimində iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 2-də Bakının Nəsimi rayonundakı 1 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev noyabrın 12-də Bakının Yasamal rayonundakı 173 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev dekabrın 15-də Horadizdəki 3 nömrəli şəhər tam orta məktəbinin açılış mərasimində iştirak edib.

Dekabrın 15-də Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev Horadiz Şahmat Məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov