Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

ADU-da ingilis dilində bayram tədbiri

 

Dekabrın 20-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "A guest from England" (İngiltərədən gələn qonaq) adlı tədbir keçirildi. Tədbir təlimdə innovasiyalar və əlavə təhsil kafedrasının müəllimi Fatma Qurbanzadə və universitetin 1 saylı ingilis dili fakültəsinin I kurs Esseks qrup tələbələrinin təşkilatçılığı ilə baş tutdu. Tədbirin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları, habelə bütün dünya xalqlarını həmişə həmrəy görmək istəyidir.

Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, ADU-nun elmi işlər üzrə prorektoru,  professor  Dünyamin  Yunusov, 1 saylı ingilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev, təhsildə innovasiyalar və əlavə təhsil kafedrasının əməkdaşları və tələbələr iştirak edirdilər. İngilis dilində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Sonra "Azərbaycan avropalıların gözündə" adlı videoçarx nümayiş olundu.

Daha sonra tələbələr - Sura Nəzərli, Aygül Ələsgərova, Kövsər Əsədov, Fəridə Rzayeva, Günel Salmanlı, Fidan Əmirli, Fidan Vəliyeva "İngiltərədən gələn qonağa" Azərbaycanın milli mətbəxini, adət-ənənələrini, azərbaycanlıların qonaqpərvərliyini, həmrəyliyini səhnəciklərlə təqdim etdilər. Fəridə Rzayevanın ifasında Azərbaycanın xalq mahnısı "Sarı gəlin" və "Tərəkəmə" milli rəqsləri təqdim olundu.

Tələbələr hazırladıqları Bakının görməli yerlərindən bəhs edən qısametrajlı filmi nümayiş etdirdilər. Fidan Vəliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Azərbaycanın həm daxili, həm də uğurlu xarici siyasətindən bəhs edərək bir sıra xarici ölkələrlə, habelə İngiltərə ilə münasibətlərindən danışdı. Günel Salmanlı və Fəridə Mirsalayeva Azərbaycanın İngiltərədəki və həmçinin İngiltərənin ölkəmizdəki rəsmi nümayəndəliklərindən bəhs edərək xalqlararası dostluq və əməkdaşlıq münasibətlərini müxtəlif təqdimatlarla işıqlandırdılar. Sonda ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov tədbirin gözəl təşkil olunduğunu söylədi və Azərbaycanın əldə etdiyi uğurları tanıtmaq üçün belə tədbirlərin təkcə bir gün deyil, hər gün keçirilməsini arzuladı.

Sonra universitetin 1 saylı ingilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev çıxış etdi. Dekan tədbirdə həm milliliyin, həm də beynəlmiləlliyin olduğunu söylədi və təşkilatçıları gözəl tədbirə görə təbrik etdi. Tədbir tələbələrin ifasında "We are the world" (Biz dünyayıq) mahnısı ilə yekunlaşdı.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov