Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

276 nömrəli məktəbdə aylığa yekun vuruldu

 

 Dekabrın 24-də Bakıdakı 276 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə "Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir" adlı "Azərbaycan tarixi fənn aylığı"na yekun vuruldu. Tədbirdə məktəbin müəllim-şagird kollektivi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin nümayəndələri Allahverdi Qədirov, Zabit Yunusov, valideynlər və digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bəhram Şiriyev iştirakçıları salamlayaraq qeyd etdi ki, təhsil ocağında ənənəvi olaraq müxtəlif fənlərin aylıqları təşkil olunur. Bu da həmin fənlərə olan marağı artırmağa, istedadlı şagirdləri aşkara çıxarmağa və tədrisin keyfiyyətini yüksəltməyə xidmət edir. Bildirildi ki, tarix aylığı ərzində divar qəzetləri, xüsusi bülletenlər buraxılmış, testlər vasitəsilə fənnin tədrisi vəziyyəti yoxlanılmışdır. Tarix müəllimləri Mehriban Vəliyeva, Afət Cəfərova, Sevinc Əliyeva, Sevil Hümbətova, Solmaz Məhərrəmova və Elxan Quliyevin "acıq dərs"ləri keçirilmişdir. Belə tədbirlərin şagirdlərin əqli inkişafına, potensiallarının üzə çıxarılmasına müsbət təsir etdiyi, aylıqda müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirildiyi qeyd edildi. Rəhbərlik etdiyi məktəbin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olduğunu qürur hissi ilə vurğulayan B.Şiriyev dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açdı.

Digər çıxış edənlər də tədbirin əhəmiyyətindən bəhs etdilər.

Tədbirdə şagirdlərin ifasında şeirlər söyləndi, mahnılar səsləndirildi. Şagirdlər tərəfindən təşkil olunan və tariximizin müəyyən dövrlərini əhatə edən səhnəciklər iştirakçılara xoş ovqat bəxş etdi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov