Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

"Mədəd-Azərbaycan" İKT-nin təhsilə tətbiqi sahəsindəki nailiyyətlərini "Intel"in beynəlxalq konfransında təqdim edib

 

MDB ölkələrindən olan 100-dən artıq təhsil sahəsi üzrə mütəxəssis 28-29 noyabr tarixlərində Moskvada mövcud təhsil problemlərinə ümumi baxış keçirmək, bu işdə "Intel" və tərəfdaş təşkilatların təqdim etdiyi təhsil həllərinin necə faydalı olacağını müzakirə etmək məqsədilə bir araya gəliblər. "Intel", PH International Inc., "Microsoft" və "Polymedia" şirkətlərinin təşkilatçılığı ilə keçirilən bu tədbir hər il təhsil mütəxəssisləri və yüksək vəzifəli rəsmi nümayəndələrin iştirakı ilə baş tutur. "Mədəd-Azərbaycan" təşkilatını konfransda təşkilatın icraçı direktoru, "Intel"in təhsil layihələri üzrə məsul şəxs və təşkilatın baş təlimçilərindən ibarət nümayəndə heyəti təmsil edib.

İnternet vasitəsilə onlayn yayımlanan konfransın iştirakçıları qabaqcıl təhsil yanaşmaları və standartları, məktəblərin yenilənməsi və müəllimlərin yeni rolu, mobil təhsil və sosial media, məlumatın idarəolunması, bacarıq, əsaslı yanaşma və formativ qiymətləndirmə, formal və informal təhsil,  müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi  kimi mövzular ətrafında müzakirələr aparıblar.

Konfrans zamanı Azərbaycanın İKT-nin təhsildə tətbiqi modeli nümunə olaraq  təqdim olunub və Azərbaycanda müəllim və şagirdlərin inkişafında ən müasir texnologiyaların tətbiqi və uğurlu nəticələrin öyrənilməsinə xüsusi bir sessiya həsr olunub. "Mədəd-Azərbaycan" təşkilatının icraçı direktoru Vüsal Xanlarov və baş təlimçisi Bəyaz Novruzova "Azərbaycanda elektron təhsil mühitinin formalaşması" adlanan sessiya təqdim ediblər. Konfrans iştirakçıları Azərbaycanda İKT-nin təhsilə tətbiqi üzrə Dövlət Proqramının əsas komponentləri və ölkənin XXI əsr təhsil standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər haqqında məlumat əldə etmişlər.

Konfransın sonunda "Mədəd-Azərbaycan" təşkilatının "Intel" korporasiyası ilə əməkdaşlıq çərçivəsində uğurla həyata keçirdiyi təhsil layihələrinə qiymət verilib və təşkilat xüsusi mükafata layiq görülüb. Növbəti konfransın 2013-cü ilin sonunda Moskvada keçirilməsi nəzərdə tutulub.   

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov