Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Tarix aylığına həsr olunmuş "açıq dərs"

 

 Bakıdakı 229 nömrəli tam orta məktəbdə tarix müəllimi Nərgiz Məmmədovanın VIII  "b" sinfində  "Qaraqoyunlu dövlətinin yaranması" mövzusunda "açıq dərs"i oldu.  Dərsdə məqsəd  vətənimizin tarixini - keçmişini, bu gününü, dövlətçilik ənənələrini öyrətmək,  torpaqlarımız uğrunda ata- babalarımızın mübarizə  əzmi ilə  şagirdləri məlumatlandırmaq idi. Müəllim dərsdə interaktiv təlim metodlarından istifadə edərək şagirdlərin fəallığının artırılmasını,  tarixə aid anlayışların  şüurlu  surətdə dərk edilməsini ən vacib hal kimi diqqət mərkəzində saxladı.

Dərsin  müəllim - şagird dialoqu əsasında interaktiv təlim metodları ilə keçilən mövzunun sinfin əksəriyyəti tərəfindən  yüksək səviyyədə mənimsənilməsinə şərait yaratdı. Nərgiz Məmmədova yeni dərsin izahı ilə yanaşı, bu günə kimi keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq məqsədi ilə şagirdləri monitorda nümayiş etdirilən testlərlə sorğu - sual etdi. Şagirdlər verilən sualların cavablandırılması ilə  yanaşı, həm də  yeni dərsin maraqlı təşkilində  fəal iştirak etdilər.

Sonda Nərgiz Məmmədovanın keçdiyi "açıq dərs" müzakirə  olundu.  Məktəbin direktoru Fəridə Bağırova, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin Nizami - Nərimanov rayonları üzrə metodik bölməsinin metodisti  Hikmət  İlyasov, tarix müəllimlərindən Şəlalə Hüseynova, İlqar Əliyev və Arzu İsmayılova  çıxış edərək "açıq dərs"in yaxşı  təşkil olunduğunu və şagirdlərin  tarix fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildirdilər. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov