Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Mənalı ziyalı ömrü

 

Ziyalı! Qürurla  səslənən bu məfhumun dərin hikməti var. Ziyalı dedikdə, yüksək  intellektə malik kamil insan obrazı gözlərimiz önündə canlanır. Onun nail olduğu  hər bir uğur, qazandığı hər bir ad gərgin əməyinin bəhrəsidir. Bu əməyin bəhrəsindən faydalananlar həmin ziyalıya dərin hörmətlə  yanaşır, onunla fəxr edirlər. Belə ziyalılardan biri də Şamaxı  rayonunda  sayılıb-seçilən  pedaqoq, qabaqcıl  təhsil işçisi, tədqiqatçı-filoloq,  Azərbaycan Universitetinin dissertantı, ali kateqoriyalı müəllim Ədalət Ağagül oğlu Məmmədovdur.

Ədalət Məmmədov 1952-ci ildə Şamaxı rayonunun bərəkətli Adnalı kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. 1969-cu ildə C.Cəbrayılbəyli  adına şəhər 5 nömrəli tam orta məktəbini bitirmişdir. Məktəb illərində  bütün fənlərə, xüsusilə dil-ədəbiyyat fənninə böyük maraq göstərən Ədalət Məmmədov gələcək həyat yolunu ali məktəb  auditoriyasında davam etdirmək qərarına gəlir. Bu məqsədlə o, qəbul imtahanlarını  müvəffəqiyyətlə verib Bakı Dövlət Universitetinin filologiya  fakültəsinə daxil olur və 1974-cü ildə oranı bitirərək işləmək üçün  öz doğma  rayonuna  təyinat alır. Qısa müddət ərzində  özünü yaradıcı gənc bir müəllim kimi  göstərir, şagird və valideynlərin hörmətini qazanır və bunun nəticəsində 12 il ərzində rayonun qabaqcıl təhsil müəssisəsi sayılan Adnalı kənd orta məktəbində  təlim-tərbiyə  işləri  üzrə direktor  müavini  vəzifəsində çalışır. Bu vəzifədə  o, özünü mahir bir təşkilatçı kimi göstərir,  pedaqoji kollektivi şagirdlərə  dərin və əsaslı  bilik  verməyə  səfərbər edir. Rayon  təhsil şöbəsində onun qabaqcıl iş təcrübəsi  öyrənilərək  digər  məktəblərdə  yayılması tövsiyə olunur.

Bu keyfiyyətinə  görə Ədalət müəllim irəli çəkilərək  1986-cı ildə rayon  təhsil şöbəsinə inspektor (aparıcı məsləhətçi)  təyin olunur. Bu vəzifədə o, rayonun  ümumtəhsil  məktəblərində  təlim-tərbiyyənin  keyfiyyətinin yüksədilməsi,  təhsil  qanunvericiliyinin həyata keçirilməsinə  böyük səy göstərir.

Ədalət  Məmmədov 25 ildir ki, rayon Təhsil  Şurasının fəal üzvü, onun katibidir. O, Azərbaycan müəllimlərinin VII qurultayının nümayəndəsi olmuşdur.

Təhsil  işçiləri  və pedaqoji  ictimaiyyət Ədalət Məmmədovu həm də yazıçı-publisist,  yorulmaz tədqiqatçı kimi tanıyırlar. O, 1979-cu ildən  Azərbaycan Yazıçılar və  Jurnalistlər  birliklərinin üzvü kimi respublika mətbuatında müntəzəm olaraq çıxış edir.

Ə.Məmmədovun 200-dən  çox  elmi-metodiki, pedaqoji, ədəbi-bədii, tarixi  araşdırmaları  dövri mətbuatda geniş işıqlandırılmış və o, bu  səmərəli fəaliyyətinə  görə  rayonda böyük nüfuz  qazanmışdır.

Beş kitab müəllifi Ədalət  Ağagüloğlunun dissertasiya işi  olan Azərbaycanın xalq şairi Qabilin  yaradıcılığına  həsr olunmuş  "Qabilin  sənət dünyası"  (Bakı, "Şur" nəş. 2007, 176 səh.) və "Şamaxı-təhsil tarixi" (Bakı, 2009. Zərdabi LTD  MMC, 528 səh.) iri həcmli  monoqrafiyaları çox  qiymətli  tədqiqat  işi kimi yüksək  qiymətləndirilmiş, geniş oxucu kütləsinin rəğbətini  qazanmışdır. Eyni zamanda  həmin kitablara 20-dən çox qəzet və dərgilərdə müsbət rəy və resenziyalar verilmişdir.

Bununla bərabər Azərbaycan Televiziyasında Ədalət Məmmədovun elmi rəhbəri  professor  Əmirxan Xəlilovla dissertasiyanın uğurlu  nəticələri barədə birbaşa birgə çıxışları  da onun mənalı ziyalı ömrünün ən parlaq səhifələrindən  biri hesab oluna bilər.

Bu kitablar Azərbaycan ədəbiyyatı, təhsil tarixi  ilə maraqlananlara böyük töhfədir.

"Suliddin Mirzəliyev-yeri görünən insan" (esse), "Qobusnamə-böyük tərbiyə məktəbi", "Qabil: Ümid  sənədir ancaq Azərbaycan əsgəri"

kitabları da Ə.Məmmədovun  gərgin yaradıcılığının məhsuludur.

Ə.Məmmədov fəal bir  ictimaiyyətçi  kimi rayonun bütün tədbirlərində  yaxından  iştirak edir, təşəbbüskarlığı, təşkilatçılığı,  əməli xeyirxah  işləri ilə ictimai-siyasi həyatda fəal vətəndaş mövqeyi  tutmaqla rayonda böyük  nüfuza malikdir.

Elə bu kimi  keyfiyyətlərinə  görə  Ədalət  müəllim  Təhsil Nazirliyinin Fəxri fərmanına və digər mükafatlara layiq görülmüşdür.

Ədalət Məmmədov  həm də gözəl ailə başçısıdır. Layiqli, tərbiyəli övladlar yetişdirib boya-başa çatdırmışdır. Ədalət müəllimin elmi axtarışlarının, tədqiqatçılıq işlərinin ən məhsuldar dövrüdür.

Mən bu gün kiçikhəcmli yazımda  şəxsiyyətinə, səmimiliyinə, insanlarla ünsiyyətinə yaxından bələd olduğum  gözəl  bir ziyalı həmkarım barədə sevimli oxucularımıza  qısa bir məlumat verməyə  çalışdım.

Sözsüz ki, bu gün hər kəs, xüsusən iş yoldaşları - dostları Əmirpaşa   Ələkbərov, Əhliman Qəhrəmanov, Əliağa Abdullayev,  Hidayət Mehrəliyev, Baba  Nəsirov, Eldar Məmmədov,  Ağakərim Ömərov, Rumşah  Göyçəyev və neçə-neçə məktəb direktorları, həmkar müəllim yoldaşları da yubilyara səmimi təbriklərini çatdıracaqdır.

Buna Ədalət müəllimin böyük haqqı vardır.

Şamaxı rayonun çoxsaylı  təhsil  işçiləri  adından  Ədalət Məmmədovu 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı,  uzun ömür,  yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. 

İbad RƏHİMOV,
Şamaxı Rayon  Təhsil Şöbəsi Metodmərkəzinin direktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov