Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Yeniyetmə idmançının arzusu

 

Son illər ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı bu sahənin inkişafını xeyli sürətləndirmiş, perspektivli gənc idmançıların aşkara çıxarılmasında əhəmiyyətli rol oynamışdır. Belə gənclərdən biri də Zəngilan rayonu 29 nömrəli tam orta məktəbin şagirdi Anar Kərimlidir.

Anar 1998-ci ildə anadan olub. Paytaxtın Xətai rayonunda yerləşən "Araz" idman klubunda idmanın karate növü ilə məşğul olan Anar Kərimli qısa müddət ərzində məşqçi-müəllimlərinin etimadını doğrultmuş və respublikamızda keçirilən yarışlara qatılmışdır. Anarın məşqçi-müəllimi ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edən  təcrübəli idman ustası, dəfələrlə dünya və Avropa çempionu Siyavuş Bayramovdur. Anar Kərimlinin idman karyerasına nəzər saldıqda bir neçə yarışların qalibi olduğunu görmək olar. Belə ki, o 2011-ci ildə Bakıda idmanın karate-do növü üzrə yeniyetmələr arasında keçirilən yarışda II yeri, elə həmin il İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən beynəlxalq turnirdə isə III yeri tutmuşdur. Bu yarışlardan sonra özündə inam hiss edən gənc Anar 2011-ci ilin oktyabrında karate-kontak üzrə yeniyetmələr arasında keçirilən respublika çempionatının qalibi, həmin ilin dekabr ayında isə Sumqayıtda karate-do federasiyasının keçirdiyi XVII Azərbaycan çempionatında qızıl medala layiq görülmüşdür. Təsadüfi deyil ki, bu uğurları nəticəsində Anar Kərimli "Araz" idman klubu tərəfindən 2011-ci ilin "Ən güclü idmançısı" adına layiq görülmüşdür. Qeyd edək ki, Anar Kərimli bu uğurları ilə yanaşı, bir çox kiçik yarış və turnirlərdə də öz qüvvəsini sınayaraq yüksək nəticələr əldə etmişdir. Anar Kərimlinin ən böyük uğurlarından biri isə 2012-ci ilin fevral ayında yenidən İran İslam Respublikasında yeniyetmələr arasında keçirilən karate-kontak üzrə beynəlxalq turnirdə II yeri tutmasıdır. Əzmkarlıq və çalışqanlığı ilə seçilən Anar Kərimli qazandığı uğurlarına görə cari ilin dekabr ayında Karate Federasiyasının  göy kəmərinə layiq görülərək diplomla təltif edilmişdir. Bundan başqa, Anar Zəngilan Rayon İcra Hakimiyyəti və müxtəlif təşkilatlar tərəfindən diplomlarla təltif edilib.

Anar Kərimlinin dediklərindən: Respublikamızda idmanla məşgul olmaq üçün dövlətimiz hər bir şərait yaradıb. Biz yeniyetmələr yaradılan şəraitdən maksimum istifadə etməliyik. Hər bir idmançı kimi mənim də arzum ölkəmizin idman şərəfini layiqli qoruyaraq beynəlxalq arenalarda bayrağımızı qaldırmaq və himnimizi səsləndirməkdir. Bunun üçün var qüvvəmlə çalışıram. Bütün bunların öhdəsindən gələcəyimə inanıram. Bu işdə mənə dəstək olan hər bir kəsə minnətdarlığımı bildirirəm. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov