Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

8 yaşlı Nicat karate üzrə dünya çempionudur

 

 Nicat Quliyevlə Yeni il ərəfəsində təhsil aldığı Bakıdakı 141 nömrəli tam orta məktəbdə tanış olduq. Öyrəndik ki, o, 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 2010-cu ildə birinci sinfə gedib. Hazırda da həmin məktəbin 3-cü sinfində oxuyur. Nicat birinci sinifdə oxuduğu vaxtdan da idmanın karate növü ilə məşğul olur. Onun məşqçi-müəllimi qara kəmər ustası İlqar Hüseynovdur. O, artıq üç ildir ki, "Kentavr" İdman Klubunda məşqlər edir.

2011-ci il Nicat üçün daha uğurlu il olub. O, həmin ilin mayında Türkiyənin İstanbul şəhərində BUDO üzrə keçirilən dünya çempionatında uğurla çıxış edərək I yeri tutub və dünya çempionu olub.

Nicat ölkəmizdə idman ili olan 2012-ci ildə Azərbaycanda BUDO döyüş növü üzrə keçirilən yarışda da I yeri tutaraq Azərbaycan Respublikası "Kyokuşinkaykan" (Macushima) Kantakt Karate təşkilatının fəxri fərmanına və mükafatına layiq görülüb.

N.Quliyevin arzusu isə cəmisi 2-3 gündən sonra qarşılayacağımız yeni -2013-cü ildə keçiriləcək yarışlarda uğurla çıxış edərək Avropa çempionu olmaqdır.

Biz də bu balaca çempiona daha böyük uğurlar diləyirik.  

R.ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov