Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

Bakıda "Sabahın alimləri" II Respublika müsabiqəsi keçiriləcək

 

2013-cü ilin 8-9 fevral tarixlərində Bakı şəhərində İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində "Sabahın alimləri" II Respublika müsabiqəsi keçiriləcək.

Müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirmək və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə-İNTEL İSEF-ə göndərilməsini təmin etmək məqsədi ilə təşkil olunur.

Qeyd edək ki, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Mədəd" təşkilatının birgə təşkilatçılığı ilə keçiriləcək müsabiqə iştirakçılarına bir sıra ali məktəblər tərəfindən elmi dəstək veriləcək, şagirdlərə həmin təhsil ocaqlarının laboratoriyalarındakı müasir avadanlıqlardan istifadə etmək imkanı yaradılacaq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov