Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

Məktəblərdə SMS gündəliklərin istifadəsi genişlənir

 

"Elektron məktəb" layihəsinə qoşulmuş ümumtəhsil məktəblərində SMS gündəliklərin istifadəsi genişlənir.   Valideynlərə təklif olunan bu xidmət SMS vasitəsilə övladlarının davamiyyəti və  hər hansı fənn üzrə aldıqları qiymətləri barədə məlumatları onların mobil telefonlarına göndərilir.

Bu xidmətə hər bir valideyn tamamilə könüllü olaraq qoşulur. Xidmətin məqsədi valideynlərin övladlarının davamiyyəti haqqında daha operativ məlumat almasıdır. Mobil telefonlara SMS göndərilmə əsasında fəaliyyət göstərildiyi üçün xidmət pulludur və ayda 4 manat 72 qəpik təşkil edir.

Elektron gündəlik xidməti birbaşa olaraq elektron jurnalların tətbiqi ilə əlaqədardır. Dövlət Proqramı çərçivəsində həyata keçirilən "Elektron məktəb" layihəsinə daxil olan ümumtəhsil məktəblərində elektron jurnallar tətbiq olunmaqdadır. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Şamaxı, Quba, Lənkəran, Ağdaş, Şirvan şəhərlərində yerləşən 32 ümumtəhsil məktəbində elektron jurnallar tətbiq olunur.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, elekton jurnallardan istifadə edən məktəblərin sırasına cari dərs ilində  daha 11 məktəb cəlb olunacaq. Yaxın illər ərzində isə əksər ümumtəhsil  müəssisələrində elektron jurnal tətbiq ediləcəkdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, valideynlər təmənnasız olaraq Təhsil Nazirliyi tərəfindən yaradılmış Təhsil Portalının Valideyn elektron nəzarəti sistemi vasitəsi ilə şagirdlərin qiymətləri və davamiyyəti haqqında məlumatları əldə edə bilərlər. Bundan əlavə, proqram vasitəsi ilə məktəbin müdiriyyəti, müəllimləri və digər valideynlər ilə interaktiv ünsiyyət saxlamaq, məktəbin fəaliyyətinə dair elanlarla (valideyn iclasları, yığıncaqlar, iməciliklər) tanış olmaq imkanı da vardır. Hazırda bu sistemdən "Elektron məktəb" layihəsində iştirak edən məktəb şagirdlərinin valideynləri istifadə edir. İnternet üzərindən bu xidmətə qoşulmaq məqsədilə valideynlər məktəb tərəfindən təqdim olunan müqaviləni doldurub imzalayaraq xüsusi login və parol ala bilərlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov