Naxçıvan
Müəllimlər İnstitutu müstəqil institut kimi
fəaliyyətinin onuncu ilinə qədəm qoyduğu bir dövrdə
Azərbaycanda və qardaş Türkiyə Respublikasında fəaliyyət
göstərən bir çox təhsil müəssisələri ilə qarşılıqlı
əlaqələr yaratmışdır.
İnstitut bu günlərdə Kuzey Kıprıs Türk Cümhuriyyətində
fəaliyyət göstərən Doğu Ağdəniz Universiteti ilə də
qarşılıqlı təcrübə, müəllim və tələbə mübadiləsi, elmi
araşdırmaların aparılması və bir çox məsələlər üzrə
müqavilə imzalamışdır.
Doğu Ağdəniz Universiteti KKTC-nin sayılıb-seçilən
universitetlərindəndir. 1979-cu ildə "Yüksək texnoloji
institut" kimi, 105 tələbə ilə fəaliyyətə başlayan
universitetin bu gün 11 fakültə, 30 bölüm, xarici dillər
və ingiliscə hazırlıq, məlumat və texnologiya məktəbi,
məsafədən (distant) təhsil məktəbləri və s. fəaliyyət
göstərir.
Hazırda universitetdə 75 ölkədən 8 min xarici,
ümumilikdə 14000 tələbə təhsil alır. Onların təhsili ilə
yerli müəllim-professor heyəti ilə yanaşı, 32 ölkədən
gələn professor müəllim-mütəxəssislər də çalışır.
İstər ali təhsil, istərsə də elmi müəssisələrin
inkişafında qarşılıqlı təcrübə mübadiləsinin və dostluq
əlaqələrinin yaradılmasının mühüm əhəmiyyəti vardır.
Naxçıvan Müəllimlər İnstitutu da bu istiqamətdə işini
genişləndirməyi, qabaqcıl ali təhsil müəssisələrinin
təcrübəsindən faydalanmağı, cəmiyyət üçün hərtərəfli
inkişaf etmiş şəxsiyyət yetirməyi məqsəd kimi qarşıya
qoymuşdur.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti |