Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

"Azərbaycan bu gün və dünən"

 

Dekabrın 21-də Bakıdakı 9 nömrəli tam orta məktəbdə tarix aylığına həsr olunmuş "Azərbaycan bu gün və dünən" adlı tədbir keçirildi.  Əvvəlcə qonaqlar məktəbin girişində, sinif otaqlarında  aylığın keçirilməsi barədə elanlar, plakatlar, Azərbaycan tarixinə həsr olunmuş divar qəzetləri, bülletenlər və referatlarla tanış oldular.  "Açıq dərs"lər dinlənildikdən sonra akt zalında tədbirin bədii hissəsi başladı. Şagirdlərin təqdimatında Dövlət himni ifa olundu.  Hər bir azərbaycanlı üçün müqəddəs sayılan üçrəngli Dövlət bayrağımız Üzeyir Hacıbəylinin "Koroğlu" uvertürasının sədaları altında səhnəyə gətirildi. Tədbiri giriş sözü ilə təhsil ocağının direktoru Zinyət Əhmədova açaraq Azərbaycan tarixinin çox qədim, möhkəm köklərə bağlı və keşməkeşli olduğunu diqqətə çatdırdı. O, tarix aylığı çərçivəsində məktəbdə görülən işlərdən danışdı, iştirakçılara  fənn aylığının məqsədi və nominasiyalar barədə məlumat verdi. Gecənin aparıcıları  xalqımızın keçdiyi  tarixi inkişaf yolundan söz açdılar. Şagirdlər  Nizami Gəncəvinin, Bəxtiyar Vahabzadənin, Süleyman Rüstəmin, Hüseyn Cavidin vətənə həsr etdikləri şeirlər söylədilər. Oğuz ağsaqqalı Dədə Qorqudun nəsihətlərindən danışdılar.  Maraqlı rəqs nömrələri ilə iştirakçıların diqqətini cəlb etdilər.

Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Nəsimi rayonu üzrə məsləhətçisi Yaqut Məmmədova və digər qonaqlar gecənin  yüksək səviyyədə təşkil olunmasına görə məktəb kollektivinə təşəkkürlərini bildirdilər. Onlar şagirdlərə həmişə dərslərindən yaxşı qiymət almağı, tariximizi unutmamağı, Azərbaycan xalqına layiq vətəndaş olmağı tövsiyə etdilər. Tədbirin sonunda tariximizi əks etdirən film nümayiş olundu.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov