Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Texniki Universiteti birgə əməkdaşlıq layihəsini həyata keçirirlər

 

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Azərbaycan Texniki Universiteti (AzTU) "Azərbaycan Texniki Universitetinin təhsil informasiya sisteminin yaradılması" üzrə 2011-ci il oktyabrın 12-də imzalanmış qrant sazişi çərçivəsində əməkdaşlıq layihəsini həyata keçirirlər.

 

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyindən AzərTAc-a bildirmişlər ki, layihəni icra etmək məqsədilə KOICA AzTU-nun heyətinə texniki əməliyyat üzrə nou-haunun ötürülməsi, avadanlığın quraşdırılması və sabitlik testinin aparılması üçün bu ali təhsil müəssisəsinə 4 ekspertini ezam etmişdir.

Səfər çərçivəsində ekspertlər təhsil informasiya sistemi üçün informasiya-kommunikasiya texnologiyaları avadanlığı quraşdıracaq və pilot test üçün əvvəlcədən müvafiq ətraf mühit hazırlayacaqlar. Həmçinin şəbəkə mühəndisləri avadanlığın idarə edilməsi və texniki nəzarətə dair təlim proqramı da həyata keçirəcəklər.

Layihənin məqsədi AzTU üçün Koreya Respublikasının ən son informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək işlənilmiş informasiya sisteminin yaradılmasıdır. Sözügedən sistem məktəb administrasiyasının avtomatlaşdırılmasına xidmət göstərəcək və tələbələr üçün onlayn distant təhsili təmin edəcəkdir.

Layihənin cari ilin sonunda başa çatdırılması planlaşdırılır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov