Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının iclası keçirilib

 

Yanvarın 11-də Naxçıvan Müəllimlər İnstitutunda dördüncü çağırış Naxçıvan MR Ali Məclisinin  altıncı sessiyasında qarşıya qoyulan vəzifələr müzakirə edilmişdir.

İclasda çıxış edən institutun rektoru, professor O.Həsənli qeyd etdi ki, 22 dekabr 2012-ci il tarixdə dördüncü çağırış Naxçıvan MR Ali Məclisinin  altıncı sessiyası keçirilmişdir. Sessiyada Naxçıvan Muxtar  Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir. Həyatımızın bütün inkişaf sahələri məruzədə əhatəli təhlil edilmişdir. Sessiyada elm və təhsil sahəsinə də geniş yer ayrılmışdır. Göstərilmişdir ki, 2012-ci ildə 4 nəfər elmlər doktoru, 19 nəfər fəlsəfə doktoru alimlik dərəcəsi adını almış, ali təhsil və elm mərkəzlərində 8 beynəlxalq əhəmiyyətli konfrans keçirilmiş, alim və tədqiqatçılar tərəfindən 70 kitab və monoqrafiya, 97 metodik vəsait, 1000-dən çox elmi məqalə və tezis çap olunmuşdur. Rektor demişdir:

"Bildirmək istəyirəm ki, yuxarıda göstərilən faktları analiz etsək, görərik ki, 4 elmlər doktorundan 1 nəfəri, 19 fəlsəfə doktorundan 4 nəfəri bizim institutun payına düşür. Eyni zamanda 8 beynəlxalq əhəmiyyətli konfransdan 2-si bizim institutun iştirakı ilə keçirilmiş, 70 kitab və monoqrafiyadan 14-ü, 97 metodik vəsaitdən 16-sı, 1000-dək məqalədən 171-i bizim müəllim-professor heyəti tərəfindən yazılıb çap olunmuşdur".

Məruzədə o da qeyd olunmuşdur ki, ötən illərlə müqayisədə çap olunan kitabların, monoqrafiyaların, metodik vəsaitlərin və məqalələrin keyfiyyəti də diqqətdə saxlanılmış  və müsbət irəliləyişlər əldə olunmuşdur.

Qeyd olunmuşdur ki, institut tərəfindən yazıçı və şairlərimizin yubileylərinə həsr olunmuş tədbirlərin keçirilməsi də diqqət mərkəzində saxlanılır. Ötən il həm Azərbaycan ali  təhsil müəssisələri, həm də qardaş Türkiyənin "Qafqaz" Universiteti və Kuzey Kıprıs Türk Cümhuriyyətindəki Doğu Ağdəniz Universiteti ilə dostluq və qarşılıqlı təcrübə mübadiləsi məqsədi ilə yaradılan əlaqələr və bağlanan müqavilələr qarşıya qoyulan tələblərin həyata keçirilməsi yolunda atılan addım kimi dəyərləndirilməlidir. İstər tədrisin keyfiyyəti, istərsə də kadr hazırlığının müxtəlif sahələrində institutun uğurları getdikcə artır.

Dördüncü çağırış Naxçıvan Muxtar  Respublikası Ali Məclisinin altıncı sessiyasının qəbul etdiyi qərarların həyata keçirilməsi ilə əlaqədar institutun tədris işləri üzrə prorektoru, professor A.İmanlı, tərbiyə işləri üzrə prorektoru, professor S.Həsənova, riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru R.Vəliyev, xarici əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru H.Eyvazlı çıxış etmişlər.

İnstitutun rektoru, professor O.Həsənli eimi şuranın iclasına yekun vuraraq dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qəbul olunan qərarların həyata keçirilməsinə səylə çalışacaqlarını vurğuladı. 

Naxçıvan Müəllimlər İnstitutunun  Mətbuat  xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov