Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

SDU-da imtahan sessiyası davam edir

 

Sumqayıt Dövlət Universitetində qış imtahan sessiyası davam edir. Birinci, ikinci və üçüncü kursların bəzi qrupları üzrə imtahanlar elektron testlər vasitəsilə aparılır.  

İmtahanların nəticələri həmin gün müəyyən edilmiş vaxtda elan olunur. Nəticələrdən narazı qalmış tələbələrin müraciətlərinə baxılması üçün universitetdə Münaqişə Komissiyası fəaliyyət göstərir.

İmtahanların gedişinə nəzarət, təhsilin keyfiyyətinin artırılması və neqativ halların aradan qaldırılması üçün Təhsil Nazirliyinin və universitetin "Qaynar xətt" xidmətləri fəaliyyət göstərir. "Qaynar xətt" xidmətinə daxil olan müraciət və şikayətlər operativ və obyektiv şəkildə araşdırılır.

Universitetin bakalavriat və magistratura pillələrindəki bütün qruplarda təhsil kredit sistemi ilə aparıldığından imtahan sessiyası bu sistemin mövcud normativ sənədləri əsasında keçirilir.

Universitetin tədris hissəsindən verilən məlumata görə, imtahanlar valideynlər və ictimaiyyət nümayəndələri üçün də açıqdır.  

SDU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov