Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Lerikdə məktəb tikintisi davam edir

 

Ölkəmizin hər yerində olduğu kimi, Lerik rayonunda da məktəb tikintisinə böyük  diqqət yetirirlir. Son üç ildə burada 28 məktəb tikilmiş və əsaslı təmir edilmişdir. Ötən il isə 7 yeni məktəb öz qapılarını şagirdlərin üzünə açmışdır.

Bunlar Züvüç kəndində 220, Veri və Barzavu kəndlərində 180, Aran, Davradibi, Kələkan, Daster və Ləkər kəndlərində 80 şagird yerlik məktəblərdir. Bu təhsil ocaqlarında tədrisin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılmışdır. Müasir tələblər səviyyəsində inşa olunan yaraşıqlı və tam yeni görkəmli məktəblərin sinif otaqları, fənn kabinetləri və laboratoriyaları lazımi avadanlıq, dərs ləvazimatları ilə təchiz edilmişdir.

Hazırda rayonun Nücü, Molalan, Livədirqə, Bibiyoni kəndlərində 180 şagird yerlik, Duzğan, Nüvədi, Zəriküməco kəndlərində isə 80 şagird yerlik məktəblərin tikintisində qızğın iş gedir. Rayonun rəhbərliyi tez-tez tikinti obyektlərində olur, inşaatçılara hər cür köməklik göstərilir. Bu da işlərin yüksək keyfiyyətlə getməsinə, təhsil obyektlərinin nəzərdə tutulan vaxtda təhvil verilməsinə imkan yaradır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov