Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Şagirdlər aktyorluq məharətlərini göstərdilər

 

Azərbaycan Milli Konservatoriyası nəzdindəki Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin iştirakı ilə "Azadın qoçaqlığı" tamaşası nümayiş etdirildi. Qocaman jurnalist Ələsgər Qurbanovun qələminin məhsulu olan bu nağıl-pyes Azadın kimsəsiz qarını quldurların əlindən necə xilas etməsindən, onun qoçaqlığından, xeyirxah əməl sahibi olmasından bəhs edir. Uğurlu keçən bu tamaşaya istedadlı rejissor Əlihüseyn Şahbazov gözəl quruluş verib. Rejissor səhnə əsərinin ideyasını tam mənası ilə açıb göstərə bilib.

Gimnaziyanın gənc teatr həvəskarlarından Qulamrza Rəngamiz - Azad, Ayla Qafqazlı - nənə, Elton Hüseynov - quldurbaşı, Rəvan Hüseynov, İsmayıl Əlioğlu, Mirismayıl Kazımlı - quldurlar, Sahibə Məhərrəmli - aparıcı rollarında çıxış etmiş, tamaşaçıların səmimi alqışlarını qazanmışlar.

Sonda gimnaziyanın teatr şöbəsinin müdiri Hicran Sadıqzadə müəllifi, tamaşanın səhnələşdirilməsində əməyi olanları və bütün rolların ifaçılarını  təbrik etmiş, onlara uğurlu yaradıcılıq yolu arzulamışdır.

Onu da deyək ki, yaxın vaxtlarda gimnaziyanın gənc həvəskarları bu tamaşanı Bakının uşaq bağçalarında da göstərəcək, balacalara bədii zövq bəxş edəcəklər. 

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov