Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

BDU-da "Azərbaycan universitetlərinin beynəlxalq əlaqələr departamentinin inkişafı" üzrə təlim kursları keçirilir

 

Bakı Dövlət Universitetində (BDU) ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr sahəsində çalışan mütəxəssisləri üçün "Azərbaycan universitetlərinin beynəlxalq əlaqələr departamentinin inkişafı" üzrə ikinci təlim kursları keçirilir.

Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, təlim kurslarını Böyük Britaniyanın British Council təşkilatı tərəfindən dəvət edilmiş beynəlxalq ekspertlər aparırlar.

Təlim kurslarında BDU, Azərbaycan Dövlət Neft Akademiyası, "Odlar Yurdu", Qafqaz, Bakı Slavyan və Azərbaycan Dövlət İqtisad universitetləri, həmçinin digər ali məktəblərin beynəlxalq əlaqələr departamentlərinin nümayəndələri iştirak edirlər.

İlk təlim kurslarında mütəxəssislər fəaliyyətləri haqqında məlumat vermiş, veb saytlarını təqdim etmiş və ERASMUS MUNDUS kimi beynəlxalq proqramlarda təhsil müəssisələrinin iştirakından bəhs etmişlər.

Təlim kurslarını uğurla bitirən iştirakçılar üçün gələcəkdə Böyük Britaniyaya tanışlıq səfərinin təşkil olunması nəzərdə tutulur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov