Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

"Mən azərbaycanlıyam" mövzusunda yaradıcılıq müsabiqəsi elan edilib

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş "Mən azərbaycanlıyam" mövzusunda yaradıcılıq müsabiqəsi elan edilmişdir. 

Bakı Şəhəri üzrə  Təhsil  İdarəsi Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə Əliqızıdan aldığımız məlumatda bildirilir ki,   paytaxtın ümumtəhsil məktəblərinin müəllimləri və VIII - XI sinif şagirdləri arasında elan olunmuş müsabiqə üç mərhələdə həyata keçirilir.

Müsabiqə konfrans, inşa yazı, bədii qiraət, fərdi İnternet səhifəsi (veb-sayt, bloq), o cümlədən şagird və müəllimlərin slaydları (təqdimatları) layihələri üzrə aparılır. Təqdim edilən layihələr nominasiyalar üzrə qruplaşdırılır və hər bir nominasiya üzrə qiymətləndirmə meyarı müəyyən edilir.

Şərtlərə uyğun olaraq təqdim edilən işlər münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndiriləcək və səsvermə yolu ilə seçiləcəkdir. Yekun mərhələdə  kompüter layihələri üzrə iştirakçılar öz işlərini nümayiş etdirəcəklər. Müsabiqənin yekun turunda isə şəhər təşkilat komitəsi, həmçinin  münsiflər heyəti ən yaxşı işləri və müsabiqənin qaliblərini müəyyən edəcək.

Müsabiqənin şərtlərinə görə, qaliblərə hər bir nominasiya üzrə bir I dərəcəli, iki II dərəcəli və üç III dərəcəli diplomlar veriləcəkdir.

Birinci yerin qalibləri həm də təqaüdə layiq görüləcəklər. Ayrı-ayrı nominasiyalar üzrə diqqəti cəlb edən digər işlərin müəllifləri həvəsləndirici diplomlarla mükafatlandırılacaqlar.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov