Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

ADU-nun rektoru Türkiyənin ölkəmizdəki səfiri ilə görüşdü

 

Yanvarın 29-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul etdi. Qonağı salamlayan rektor Səməd Seyidov onu universitetdə görməkdən məmnun olduğunu bildirdi. Rektor Türkiyə ilə Azərbaycan arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri müstəvisində inkişaf etdiyini vurğuladı. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" müdrik kəlamını xatırladan rektor Səməd Seyidov keçən il ADU-da keçirilən konfransı xatırladaraq universitetin TİKA ilə əməkdaşlığa əhəmiyyət verdiyini bildirdi. Səməd Seyidov Azərbaycanda bu ilin informasiya-kommunikasiya texnologiyaları ili elan olunduğunu xatırlatdı və bu baxımdan elektron universitetin yaradılmasının aktuallıq kəsb etdiyini dedi. Təhsil sistemində İKT-nin inkişafını vacib sayan rektor Səməd Seyidov ADU-da bu məsələyə böyük diqqət olduğunu vurğuladı və İnternet layihələrinin həyata keçirilməsini böyük bir addım adlandırdı.

Səfir Alper Coşkun ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi. O, Türkiyə səfirliyi olaraq ADU ilə əməkdaşlığa maraq göstərdiklərini bildirdi. Səfir Türkiyə-Azərbaycan dostluğunun iki ölkə arasında mühüm əhəmiyyət kəsb etdiyini dedi.

Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, universitetlərarası gələcək əməkdaşlıq perspektivləri, birgə konfransların təşkili haqqında fikir mübadiləsi aparıldı.  

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov