Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında rəhbər kadrların ixtisasının
artırılması fakültəsində "Azərbaycan Respublikasında
ailə, qadın və uşaq" istiqaməti üzrə qısamüddətli
ixtisasartırma kursu təşkil olunmuşdur. Kursa dövlət
hakimiyyətinin mərkəzi, şəhər, rayon qurumlarının,
müvafiq nazirliklərin, komitələrin və idarələrin rəhbər
işçiləri cəlb olunmuşlar.
Kursun əsas məqsədi Azərbaycan Respublikasında dövlət
ailə, qadın və uşaq siyasəti, qadınların qərar qəbul
etməkdə iştirakı, yaradıcı və istedadlı uşaqlara dövlət
qayğısı, islamda ailə və nikah məsələlərinə yanaşma və
s. problemlərlə bağlı biliklərin dinləyicilərə
çatdırılması və onlarla fikir mübadiləsinin
aparılmasından ibarət olmuşdur.
Kurs müddətində Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi sədrinin müavinləri Sədaqət Qəhrəmanova
və Aynur Sofiyeva, komitənin regional mərkəzlərlə iş
şöbəsinin müdiri Ceyran Rəhmətullayeva və hüquqi təminat
şöbəsinin müdiri Taliyyə İbrahimova, Mədəniyyət və
Turizm Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Yaşar
Əliyev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)
Aparatının rəhbəri Aydın Səfixanlı, Dövlət Miqrasiya
Xidmətinin baş idarə rəisi İsmayıl Abdullayev, Ədliyyə
Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr
idarəsinin rəisi Faiq Qurbanov, Gənclər və İdman
Nazirliyinin sağlam həyat tərzinin təbliği və sosial
proqramlar sektorunun müdiri Nərmin Bağırova, Təhsil
Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi
İdarəsinin rəisi Məlahət Hacıyeva, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Aparatının rəhbəri Telman Məmmədov, Milli Məclisin
sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Daxili
İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə
İdarəsinin bölmə rəisi Tahir Aslanov, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və əmək
bazarının tənzimlənməsi şöbəsinin müdiri Rəna
Abdullayeva, Turizm İnstitutunun elmi işlər üzrə
prorektoru Eldar Aslanov, ARDNŞ-ın "Nanotexnoloqiyalar"
Departamentinin rəisi, professor Eldar Şahbazov müxtəlif
mövzularda mühazirələrlə çıxış etmişlər.
Eyni zamanda iştirakçılar üçün mədəni-maarifləndirici
ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı
dinləyicilər Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzini
ziyarət etmişlər.
Sonra kurs üzrə dinləyicilərin buraxılış mərasimi
keçirilmişdir. DİA-nın rektoru, akademik Urxan
Ələkbərov kursu müvəffəqiyyətlə bitirdiklərinə görə
dinləyicilərə sertifikatlar təqdim etmişdir.
Şakir CƏFƏROV |