Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində ədəbi gecə

 

Fevralın 6-da Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi gecə keçirilmişdir.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 6-cı sinif şagirdləri "Sfera" dram studiyasının bədii rəhbəri, BSU-nun dosenti Fikriyyə Muradovanın rəhbərliyi altında İ.A.Krılovun "Kvartet", "Demyan uxası", "Sandıqca", "Siçan və siçovul", "Tülkü və marmot", "Qurd və quzu" təmsillərinin motivləri əsasında tamaşa hazırlamışlar.  Rus və Azərbaycan bölmələrinin şagirdləri təmsil personajlarının obrazlarına girərək aktyorluq bacarıqlarını, rus dilində yaxşı danışdıqları və materiala bələd olduqlarını nümayiş etdirmişlər.

F.Muradova bildirmişdir ki, liseyin şagirdləri Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin bir çox layihə və tədbirlərində fəal iştirak edirlər.

Bu da onların rus dilini və ədəbiyyatını öyrənməyə böyük maraq göstərdiklərinə dəlalət edir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov