Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Lənkəran şahmatçıları beynəlxalq şahmat festivalından qələbə ilə qayıdıblar

 

Bu günlərdə Belarusun Orşa şəhərində keçirilən "Orşa 2013" beynəlxalq şahmat festivalından Lənkəran şəhər şahmat məktəbinin yetirmələri qələbə ilə qayıtmışlar.

Lənkəran şəhər Şahmat Məktəbinin direktoru, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi İdrak Dadaşovun rəhbərliyi ilə festivalda ölkəmizi təmsil edən  şahmatçılarımız ümumi hesabda 2 gümüş və 1 bürünc medal qazanmışlar. D qrupunda Şərif Məcidzadə II yeri, C qrupunda Kənan Əhədzadə və Murad Rzayev müvafiq olaraq II-III yerləri tutmuşlar.

Festivalda Rusiya, Belarus, Ukrayna, Moldova, Estoniya, Latviya və Azərbaycan komandaları qələbə uğrunda mübarizə aparmışlar. 20 komanda arasında Lənkəran şəhər Şahmat Məktəbinin komandası 4-cü yeri tutaraq festivalda uğurlu iştirakına  görə "Orşa 2013" festivalının "Təşəkkürnamə"sinə layiq görülmüşdür.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov