Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

Məzunlar doğma məktəbdə

 

Fevralın 9-da Bakıdakı 39 nömrəli tam  orta məktəbdə    məzunlarla  pedaqoji kollektivin  görüşü keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, VMA-nın nümayəndələri, KİV əməkdaşları  və digər  qonaqlar iştirak edirdilər.

Həmin gün məzunlar böyük sevinc içərisində idilər.  Çünki oxuduqları məktəblə yaxından tanış olub,  çoxdan   görmədikləri  sevimli müəllimləri və  sinif yoldaşları ilə görüşüb   söhbət edirdilər.

Dövləti himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə  Şükürova  açaraq  qonaqları salamladı. O,  məzunlarla görüşün  şagirdlərin tərbiyəsində önəmli rol oynamasından   söz açdı.

Azərbaycan VMA-nın icraçı direktoru Təranə Şərifova  məzunlarla görüşdə iştirak etməsindən məmnun olduğunu dedi. Bildirdi  ki, bura toplaşan hər bir məzun, həm də valideyndir. Valideyn - məktəb əlaqələrindən danışan T.Şərifova   təhsilimizin nüfuzunun qaldırılmasında  valideynlərin mühüm rol oynamasını xüsusi qeyd etdi.   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  nümayəndəsi  Rza Ellazov, əməkdar müəllim Adilə Hüseynəliyeva, Nərimanov Rayon Qadınlar Şurasının sədri  Sevil İsrafilova, məktəbin adını daşıyan Milli Qəhrəman Rafiq Nəsrəddinovun qızı  Aynur Nəsrəddinova və başqaları məktəbdə həyata keçirilən tədbirlərdən, təhsil  islahatı ilə əlaqədar görülən işlərdən və  bugünkü  gənc nəslin tərbiyəsində böyük  əməyi  olan qabaqcıl müəllimlərin fəaliyyətindən  danışdılar.

Sonra söz   məzunlara verildi. Onlar bir-birindən fərqli  maraqlı çıxışlar  etdilər. Məzunlar bu görüşü  təşkil etdiyinə görə məktəb rəhbərliyinə  minnətdarlıqlarını bildirdilər.

Tədbirdə   ədəbi-bədii  kompozisiya göstərildi. Şagirdlər  Vətənə, məktəbə və müəllimə aid şeir söyləyib mahnı oxudular.

Sonda məzunlar  müəllimləri ilə  xatirə şəkli   çəkdirdilər. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov