Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

İmişlidə məktəbdaxili qiymətləndirmənin aparılmasına həsr olunmuş seminar

 

 Fevralın 9-da İmişli Rayon Təhsil Şöbəsində məktəbdaxili qiymətləndirmənin aparılması ilə bağlı seminar keçirilmişdir.  Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd" Azərbaycan təşkilatının İmişli Rayon Təhsil Şöbəsi ilə birlikdə təşkil etdiyi seminarda ibtidai təhsil və ümumi təhsil pilləsinin V siniflərində dərs deyən müəllimlər və həmin siniflərdə oxuyan şagirdlərin valideynləri iştirak etmişdir.

Seminar iştirakçılarına təhsildə olan yeniliklər, İKT-nin təhsilə tətbiqi, valideyn-müəllim münasibətləri ilə bağlı maarifləndirici məlumatlar verilmişdir. "Mədəd" Azərbaycan təşkilatının təlimçiləri Vuqar Fərzəliyev və Günel Abışova müəllimlərə məktəbdaxili qiymətləndirmənin təşkili, onun səmərəli aparılması, qarşıya çıxan çətinliklərin aradan qaldırılması, problemlərin birgə həll olunması üçün lazımi tövsiyə və məsləhətlər verdilər. Müzakirə olunan məsələlər ətrafında müəllim və valideynlərin çıxışları dinlənildi. İrəli sürülmüş rəy və təkliflər ümumiləşdirildi.Tədbirin sonunda iştirakçılara müvafiq təlimatlar və elektron vəsaitlər verildi.        

Sevdimalı HÜSEYNOV,
İmişli RTŞ-ın Metodkabinetinin direktoru 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov