Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Şagirdlər Xəzər Universitetinin qonağı olublar

 

Xəzər Universitetində  Bakının Nizami rayonundakı  məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçirilib. Görüşü  universitetin  ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli açaraq tədbirin əhəmiyyətindən  söz açıb. Sonra təhsil ocağının təsisçisi, professor Hamlet İsaxanlı  müasir dövrdə  universitetin rolu haqqında  geniş məruzə ilə çıxış edib. Universitetin qəbul və tələbə şöbəsinin müdiri İsaxan İsaxanlı, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi  departamentinin müdiri Nuru Səfərov və başqaları çıxışlarında  müvafiq fənlərin tədrisi,  müasir dünyada təbii sərvətlərin çıxarılmasında  istifadə edilən son metodlar və informasiya  texnologiyalarının üstün mövqeyi barədə fikir və mülahizələrini ifadə ediblər.

Sonda Nizami Rayon İcra Hakimiyyəti  başçısının müavini Gülnaz İsrafilova maraqlı görüşə görə  universitetin rəhbərliyinə  və kollektivinə  təşəkkürünü bildirib. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov