Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

"Doğma dilim - Qibləgahım"

 

Bakıdakı Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadə adına 164 nömrəli  məktəb  paytaxtımızın qabaqcıl təhsil ocaqlarından biridir. Məktəbin direktoru  Kəmalə Qədirova yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. Onun rəhbərliyi ilə pedaqoji kollektiv şagirdlərin  biliklərə yiyələnməsi, onların milli, vətənpərvərlik ruhda böyüməsi üçün bütün imkanlardan səmərəli istifadə edir. Tarixi - əlamətdar günlər, bayramlar, görkəmli tarixi şəxsiyyətlərin,  ölməz sənətkarlarımızın yubileyləri qeyd olunur. Hər şənbə günü  məktəbdə tədbirlərin keçirilməsi bir ənənə halını alıb. Fevralın 21-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırovanın təşkilatçılığı ilə Ana Dili Gününə həsr olunmuş "Doğma dilim - Qibləgahım" adlı tədbir keçirildi. Tədbirdən əvvəl iştirakçılar məktəbin foyesində Ana dilinə  həsr olunmuş  fotostendlərə, şagirdlərin hazırladıqları əl işlərinə tamaşa etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Aparıcılar Nigar, Aytac, Validə  tədbirin məqsəd və məramından danışdılar. Məktəbin direktoru Kəmalə Qədirova çıxışına bu sözlərlə başladı. Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında Azərbaycanın bugünkü və gələcək  nəsillərinin müqəddəs  borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətini qoruyub saxlamaqdır. Məktəbdə vətənpərvərlik mövzusuna geniş yer verildiyi, şagirdlərə milli mənəvi dəyərlərimizin aşılandığı qeyd edildi. Kəmalə müəllim çıxışını ulu öndər Heydər Əliyevin "Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir! Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik" kəlamı ilə başa çatdırdı. Söz şeirə, musiqiyə verildi. 6-ci sinif şagirdləri Aytac, Aytən, Xanım, Ülvira, Validə, Ləman, Aytac, Fatimə "Ana dilim", "Oğlum", "Dilim", "Dilim-Qibləgahım", "Azərbaycan deyəndə" şeirlərini söylədilər. IX sinif şagirdi Ağabəy "Şah İsmayıl Xətai və Azərbaycan dili" mövzusunda çıxış etdi. IX sinif şagirdi Nigar Quliyeva "Qurban olum Azərbaycan", VI "b" sinif şagirdi Rəvan Novruzov  "Sarı gəlin" mahnısını ifa  etdi. Tədbirdə  XI sinif  şagirdləri Emin, Səriyyə, Jalə  vətən, dil mövzusunda şeirlər, Nihad, Xasay, Rəvan söz ustadlarının dil haqqında kəlamlarını  söylədilər. Tədbir  böyük ruh yüksəkliyi ilə başa çatdı.                  

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov