Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Küveyt Dövlətinin milli bayramı şərəfinə

 

Fevralın 25-də Küveyt Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 52-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Küveyt səfirliyinin Müvəqqəti İşlər Müvəkkili Sultan Al Aradah çıxış edərək tədbirin, eyni zamanda Küveyt Dövlətinin azadlıq bayramının 22-ci ildönümünə həsr olunduğunu bildirmişdir.

Sultan Al Aradah ölkəsinin inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.

Diplomat dost ölkələr olan Küveyt və Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır. Küveyt ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilmişdir.

Sultan Al Aradah bütün bunların Prezident İlham Əliyevin 2009-cu ildə Küveyt Dövlətinə səfəri zamanı qəbul edilmiş qərarların uğurla həyata keçirilməsinin nəticəsi olduğunu söyləmişdir.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov əlamətdar gün münasibətilə dost Küveyt xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlət başçısının salamlarını və xoş arzularını çatdırmışdır.

Nazir qeyd etmişdir ki, son zamanlar Azərbaycan və Küveyt arasında müxtəlif sahələri əhatə edən münasibətlər yüksələn xətt üzrə inkişaf edir. M.Mərdanov əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək və dərinləşəcəkdir.

Təhsil naziri Azərbaycan ilə Küveyt arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyərək, dost ölkənin beynəlxalq təşkilatlarda respublikamızın mövqeyini birmənalı olaraq müdafiə etdiyini söyləmişdir.

Qəbulda Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov