Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Qafqaz Universitetinin Texnoparkı "Yeni fikir" müsabiqəsinə start verdi

 

Qafqaz Universitetinin Texnoparkı "Yeni fikir" müsabiqəsi təşkil edir. Texnopark və ona partnyor şirkətlərlə ortaq həyata keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti tələbələri deyil, Azərbaycanın bütün universitetlərinin tələbə və məzunları iştirak edə bilər. "Yeni fikir" müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir.

Müsabiqədə iştirak etmək istəyən gənclər öz ideyalarını layihə şəklində hazırlayaraq, 25 mart 2013-cü il tarixinə kimi  www.yenifikir.az saytına daxil olub online qeydiyyatdan keçməlidirlər. "Yeni fikir" müsabiqəsinin qalibləri Texnopark tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin ediləcəkdir. Bununla belə, müsabiqənin nəticələrinə görə ilk 3 yerə sahib olan layihə müəllifləri Türkiyənin Orta Doğu Texniki Universitetinin Texnoparkında bir ay müddətində faəliyyət göstərmək imkanı qazanacaqlar.

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov