Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

ADU-da tələbələrin təşkilatçılığı ilə anım tədbiri

 

Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Filologiya və jurnalistika fakültəsinin 243-244-cü qrup tələbələrinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı.  Torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

Tədbirdə çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov  Xocalı soyqırımının bəşər tarixində törədilmiş ən qanlı cinayət olduğunu bildirdi.  Səməd Seyidov bu faciənin Azərbaycan tarixindən heç vaxt silinməyəcəyini və daim qan yaddaşımızda yaşayacağını vurğuladı.  Rektor  erməni vəhşiliklərinin, vandallarının xalqımıza qarşı tarix boyu soyqırımı həyata keçirdiyini qeyd etdi. O söylədi ki, ermənilər zaman-zaman bizə qarşı nifrətlərini qanla, ölümlərlə həyata keçiriblər.  

ADU-nun rektoru Səməd Seyidov  Xocalıda soyqırımı törədənlərin öz layiqli cəzalarını alacaqlarına əminliyini ifadə etdi.  Azərbaycan iqtidarının yeritdiyi məntiqli siyasət nəticəsində Azərbaycanın haqq işinin dünyaya tanınması prosesinin daha da gücləndiyini vurğulayan S.Seyidov  artıq  dünyanın bəzi dövlətlərinin  Xocalı hadisələrini soyqırımı kimi qəbul etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ermənilərin vəhşiliklə törətdiyi Xocalı faciəsini dünya miqyasında tanıtdırmağın olduqca əhəmiyyətli olduğundan bəhs etdi.  Xocalı faciəsinin dünya ölkələri tərəfindən tanınmasında Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri xüsusilə vurğuladı.

Səməd Seyidov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına və əhalinin doğma yurdlarına qayıdacağına əmin olduğunu bildirdi. Sonra tələbələrin ifasında "Xocalı soyqırımı" adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.  

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov