Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Xocalı faciəsi "Tərəqqi" texniki-humanitar liseyində yad edildi

 

Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli soyqırımı aktı olan Xocalı faciəsinin 21-ci ildönümü "Tərəqqi" texniki-humanitar liseyində qeyd olundu.

20-25 fevral tarixlərində məktəbdə Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək məqsədilə silsilə tədbirlər keçirildi. Məktəbin dəhlizində xatirə guşəsi yaradılmışdır. Buradakı divar qəzetlərində, referatlarda, inşalarda və rəsmlərdə bu faciənin dəhşətləri şagirdlərin gözü ilə ürəkağrısı ilə təsvir olunmuşdur.

Faciənin dəhşətlərini şagirdlərə anlatmaq məqsədilə siniflərdə diskussiyalar, sinif saatları keçirilmişdir.

Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək məqsədi ilə liseydə xatirə gecəsi keçirildi.

Anım tədbirini giriş sözü ilə açan məktəbin direktoru Məhbubə Məmmədova 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin dəhşətlərindən, ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən, o vaxtkı hakimiyyətin biganəliyindən danışdı. O, öz çıxışında artıq yenilməz bir ordumuz olduğunu fəxrlə vurğuladı və şagirdləri daima vətənpərvər olmağa, başlarını dik tutmağa çağırdı.

Daha sonra XX əsrin dəhşətli faciəsi - Xocalı soyqırımına həsr olunmuş slayd təqdim olundu. Slaydda Xocalının qanlı tarixi səslənməklə yanaşı, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət" beynəlxalq kampaniyasının bu soyqırımının dünya miqyasında tanınması və anılması üçün gördüyü işlər də öz əksini tapmışdı.

Məktəbin V-XI  sinif şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər, VIII sinif şagirdlərindən Lalə Süleymanova, Fatimə Məsimli, Əşrəf Zeynalov və b. iştirakı ilə kompozisiyalar təqdim olundu.

Sonda şagirdlər Xocalı faciəsinin dünya miqyasında tanınması üçün B.Obama administrasiyasının We the reorle your voice in our govermant saytında keçirilən səsvermə kampaniyasına qoşulub, öz səslərini göndərdilər. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov